20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Araz Abdullayev: “Xaricdə oynamaq istəyirəm”

“Qarşıda bizi 3 oyun gözləyir. Çoxu deyir ki, sadəcə, yoldaşlıq görüşləridir. Lakin bizim üçün vacib oyunlardır. Bu matçlarda özümü yaxşı tərəfdən göstərmək istəyirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin üzvü Araz Abdullayev deyib. Mayın 29-da Bakıda Qırğızıstan millisiylə keçiriləcək oyunöncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşən yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

- Kiprdə 33 oyunda şans qazansan da, klubda qalmadın. Buna səbəb nə idi?

- Əlbəttə, xaricdə oynamaq istəyirəm. Azərbaycanı ölkə xaricində təmsil etmək niyyətindəyəm. Lakin “Qəbələ” ilə 6 aylıq müqaviləm var. Buna görə, indidən nəsə deyə bilmərəm.

- Qurban Qurbanov milli üzvü olan yerli futbolçuların xarici ölkə çempionatlarında oynamasını istədiyini dedi. Sənə bu barədə nə isə məsləhət verib?

- Belə söhbətimiz olmayıb. Sadəcə, komanda barədə danışmışıq. Avropaya getmək barədə danışmamışıq.

- “Anortosis”dən ayrılıq səbəbin nə idi? Məşqçin qalmağını istəyirdi. Sən necə?

- Əlbəttə, qalmaq istəyirdim. Karyeramı xaricdə davam etdirməyi arzulayıram. Lakin klublar arasında bəzi problemlər oldu. Hazırda “Qəbələ”nin üzvüyəm.

- “Anortosis”dən ayrılmağın səninlə, yoxsa “Qəbələ” ilə bağlı idi?

- Ola bilsin, klublar arasında pulla bağlı problem olub. Qabaqcadan bir şey deyə bilmərəm.

- Kipr çempionatını Azərbaycan Premyer Liqası ilə müqayisə edərdin...

- Orada 6 komanda ilk üçlük uğrunda mübarizə aparır. Burada isə cəmi 8 komanda çıxış edir. Hər halda, biz də burda yetişmişik. Öz ölkəm barədə pis heç nə demək istəməzdim.

- “Neftçi”də APOEL-ə qarşı çıxış etmişdin. Hazırda orda klubların səviyyəsi necədir?

- “Anortosis” də yaxşı komandadır. Çempionatı 3-cü pillədə başa vurduq. Böyük fərq hiss etmədim. Güclü komandalardır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30