28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Topaz Premyer Liqasının ən yaxşı oyunçusu müəyyənləşdi

Azərbaycanda ilk dəfə oyunçular arasında səsvermə yolu ilə 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, İdman Araşdırmalar Mərkəzinin “Report”un dəstəyi ilə keçirdiyi sorğuya adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komanadaların heyətində göstərilmiş 185 oyunçudan 133-ü, yəni 72 faizi qatılıb. “Qarabağ”ın 11, “Qəbələ”nin 21, “Neftçi”nin 17, “Zirə”nin 16, “Sumqayıt”ın 19, “Keşlə”nin 13, “Səbail”in 25, “Kəpəz”in isə 11 futbolçusu səs verib.

Respondentlər ümumilikdə 44 futbolçunu fərqləndiriblər. Yekunda “Sumqayıt”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev mövsümün futbolçusu seçilib. 28 yaşlı oyunçu 1 səs fərqi ilə "Qəbələ"nin hücumçusu, 13 qolla Premyer Liqanın bombardiri olan Baqali Dabonu qabaqlayıb. İmamverdiyev 17, Dabo 16 səs toplayıb.

Sonrakı iki yeri hərəyə 9 səs qazanan “Neftçi”nin yarımmüdafiəçisi Rəhman Hacıyevlə “Keşlə”nin pleymekeri Sezar Meza Kolli izləyib. Mirabdulla Abbasov (“Neftçi”), Riçard Almeyda və Qara Qarayev (hər ikisi “Qarabağ”) hərəyə 7 səs alıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31