25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Riçard Almeyda: “Bu gediş vida deyil, bəlkə də geri döndüm”

"Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda  Topaz Premyer Liqasının sonuncu turunda "Qəbələ" ilə oyundan sonra brifinq keçirib.

- "Qarabağ”la son matçınız idi...

- Təkcə futbolda yox, həyatda da belədir. Hansısa dövr başa çatır, bir yenisi başlayır. Azərbaycanda keçirdiyim illərdən ancaq xoş xatirələr qalacaq. Bu gediş vida deyil, bəlkə də geri döndüm, həyatda hər şey ola bilər.

- "Fiorentina” və digər klubların adı çəkilir. Dəqiqləşən bir şey var?

- Yox, hələ dəqiq qərar verməmişəm. "Fiorentina” haqqında isə eşitməmişəm.

- Bəs hansı ölkələrdən təkliflər var?

- Müqavilə imzalananda hamı biləcək.

- Ölkə xaricində hansısa klubda çıxış edəcəyiniz halda, yığmaya yenə gələcəksiniz?

- Nə qədər ki, mənə ehtiyac var, hər çağırışda millinin yanında olacağam. Mənim üçün şərəfdir.

- Altı ildir ki, burda yaşayırsınız, millidə də çıxış edirsiniz. Biz sizi özümüzünkü kimi bilirik. Siz özünüzü necə hiss edirsiniz?

- Təbii ki, hisslərimiz qarşılıqlıdır. Təkcə mən yox, hətta həyat yoldaşım da özünü burada yad hiss eləmir.

- Gedişinizdə həlledici məqam nə oldu?

- Futbol oynayan daha yaxşı bilər, bəzən nəyisə dəyişmək lazım gəlir. Məndə də məhz bu ehtiyac səbəbindən nəzərə aldıq ki, yerimizi dəyişək.

- Reynaldo "Qarabağ”dan gedəndən sonra karyerasında eniş yaşandı. Bundan ehtiyatlanmırsınız?

- Bu, futbolçunun özündən asılıdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30