20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Premyer Liqanın bombardiri üçün xüsusi hədiyyə

Topaz Premyer Liqası ilə əvəzedicilərin çempionatının mükafatlandırma mərasiminin vaxtı və detalları müəyyənləşib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir 28-ci turun qarşılaşmalarından sonra təşkil olunacaq.

Əvəzedicilər üçün mükafatlandırma mayın 19-da "Bayıl Arena”da "Səbail” - "Keşlə” oyunundan sonra keçiriləcək. Bu vaxt əvəzedici heyətlərin qalibi və medalçıları mükafatlandırılacaq. Eyni zamanda, I divizionda və əvəzedici heyətlərin yarışında bombardir olan futbolçuya xüsusi mükafat təqdim ediləcək. "Səbail" qızıl, "Qəbələ" gümüş medalları təmin edib. Bürünc mükafatçı son turda müəyyənləşəcək. I divizionun ən məhsuldar oyunçusu Bəhruz Teymurov (MOİK) olub. Əvəzedicilərin yarışında bombardir isə mövsümün ilk yarısında "Qəbələ"də, qış fasiləsindən sonra isə "Sumqayıt"da çıxış etmiş Ülvü İsgəndərovdur. Hazırda onun aktivində 16 qol var.

Premyer Liqa üçün mükafatlandırma isə mayın 21-də "Azersun Arena”da keçiriləcək "Qəbələ” – "Qarabağ” görüşündən sonra olacaq. Bu zaman çempion "Qarabağ”, vitse-çempion "Qəbələ" və mayın 20-də müəyyənləşəcək 3-cü yerin sahibi medallarına qovuşacaq. Eləcə də elitanın bombardirinə xüsusi hədiyyə veriləcək. Hazırda "Qəbələ"nin hücumçusu Baqali Dabo 13 qolla bombardirlər siyahısına başçılıq edir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30