18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Tərlan Əhmədov: “Bütün rəhbər işçilərə qadağa qoymuşdum ki...”

"Komandamı, fanatları təbrik edirəm. Uzun məsafə qət edib, bizə dəstək oldular”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 27-ci turunda "Səbail”i 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında söyləyib.

Təcrübəli mütəxəssisin qələbə şərhi belə olub: "8 aylıq işimin bəhrəsini görməyə çalışıram. 3-cü yerə şansımız varsa, bundan yararlanmaq istəyirik. Oyundan razı qalmadım. İstədiyim futbolu görə bilmədim. Amma nəticədən razı qaldım. Sadəcə, kompakt oyundan məmnun qaldım. Hər halda təzyiq də var. Komanda 3-cü yer uğrunda yarışır. Komandanı qəbul edəndə 1 xalımız var idi. Bu gün qələbə bizə lazım idi”.

- Digər oyunların nəticəsi ilə maraqlınırdınızmı?

- Xeyr. Bu gün bütün rəhbər işçilərə qadağa qoymuşdum ki, başqa oyunların nəticəsi komandaya bildirilməsin. Yalnız öz oyunumuza köklənmişdik. Rəqib düşərgələrdə baş verənlər mənim üçün qapalı idi.

- Son vaxtlar tez-tez söz-söhbətlər çıxır. Bu, sizin komandanın hazırlığına təsir edirmi?

- Bu gün nəticə varsa, deməli, təsir etmir. Komandanı qəbul edəndə deyirdilər ki, bütün futbolçuları göndərmək lazımdı. İki şeyi heç vaxt deməmişəm: bu komanda mənimdi və mənə vaxt verin. Bu futbolçularla oynadım. Təzyiqlərin çox olacağını da bilirdim. Qələbə qazandıqca da bu təzyiqlər artır. Başda mən olmaqla bütün futbolçular hansı klubda çalışdıqlarını dərk edirlər (sportnet.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30