29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Maksimov: "3:0-dan sonra..."

"Keşlə”nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqasının 27-ci turunda evdə "Qarabağ”a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

- Futbolçularımız bu oyuna yüksək əhval-ruhiyyədə çıxmışdılar. "Qarabağ” isə çempionluğu təmin etmişdi. Oyunçularımı bu qələbə münasibəti ilə təbrik edirəm.

- Ukrayna mətbuatında yer alan məlumatlara görə, bu ölkənin klublarından biri ilə danışıqlar aparırsınız. Hətta bununla bağlı Kiyevdə olduğunuz da deyilir.

- Mən belə bir xəbərlə qarşılaşmamışam.

- Vaqif Cavadovla bağlı aranızda gərginlik var idi...

- Bizim oyun quruluşumuz var. Buna uyğun oynamaq lazımdı. Lakin 3:0 hesabından sonra futbolçular fərqli cür oynamağa başladılar. Mən Vaqifə bildirdim ki, hesaba baxmayaraq, oyundan qopmaq olmaz.

- Kubokun finalı barədə nə düşünürsünüz? "Keşlə”nin "Qəbələ”ni məğlub etmək gücü varmı?

- Bunu yalnız oyundan sonra demək olar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31