24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Qurban Qurbanov: "Bu məğlubiyyət bizi düşünməyə vadar edir"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 27-ci turunda səfərdə “Keşlə”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

- Bu oyun barədə fikirlərim neqativdi. Rəqibi yaxşı oyun, qələbə münasibəti ilə təbrik edirəm. Futbolçularımız nəticə barədə düşünmürdü. Bəlkə, mən də belə idim. Səhvlərimiz nə idi, burada açıqlamaq istəmirəm. Rəqibin üstün cəhətlərinə diqqət ayırmalıydıq. Futbolçularımız meydana konsentrasiyasız çıxmışdılar. Bu məğlubiyyət bizi düşünməyə vadar edir. Lakin hər komandada belə hallar olur. Bəzən bir komandada hər şey alınır, digərində isə yox. 0:3 hesabı ilə uduzmaq istəməzdik. Belə qollar buraxmalı deyildik. Yaxşı deyiləsi bir şey yoxdu.

- Əvəzedici heyətin bir neçə üzvünə şans verdiniz. Onlar sizi razı saldılar?

- 15-30 dəqiqəylə bir şey demək olmaz. Onlar bizimlə təlim-məşq toplanışında olublar. İnanılacaq oyunçulardı. Deyə bilmərəm, növbəti mövsümdə əsas komandada olacaqlar, ya yox. Bunun üçün öz üzərlərində çox çalışmalıdılar.

- Bu gün arxa xəttdə bəzi dəyişikliklər etmişdiniz...

- Kimi meydana buraxıramsa, onun öz tapşırığı olur. O, həmin tapşırığı yerinə yetirməlidi. Qol buraxmaqdan heç vaxt narahat olmamışam. Rəqib öz texniki üstünlüyündən istifadə edib, qol vurursa, buna görə oyunçumu günahlandırmıram. Lakin rəqib komanda səhvdən yararlanıb qol vurursa, bunu yalnız diqqətsizliklə bağlamaq olar.

- Yunanıstan mətbuatında PAOK-un Pedro Enrike üçün 5 milyon avro tələb etdiyi barədə xəbər yayılıb...

- Düzü, bu, Pedronun müqaviləsində yazılıb. Onu transfer etmək istəyən klub bu məbləği ödəməlidi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30