24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Pedrodan "Qarabağ"a vida mesajı

Mövsümün sonunda “Qarabağ”dan ayrılacağı dəqiqləşən Pedro Enrike şəxsi “feysbuk” səhifəsində vida mesajı paylaşıb.
 
Futbolxeber.az saytının məlumatına görə, braziliyalı futbolçu ona Ağdam klubunda oynamaq imkanı yaradan hər kəsə minnətdarlığını bildirib:
 
“Bütün Azərbaycan xalqı və “Qarabağ”a birlikdə keçirdiyimiz mövsüm üçün “sağ ol” deyirəm. Bu, karyeramda həlledici anlardan biri oldu və mən burada keçirdiyim 9 ayı hər zaman böyük sevgi ilə xatırlayacağam. Meydana çıxdığım bütün oyunlarda var gücüm və ürəyimlə oynamağa çalışdım. Çünki bu komandada oynamaq mənim üçün həmişə xoş idi və bu cür də qalacaq. Özümü sizə borclu hiss edib gedirəm. Mənə Ağdam camaatı üçün oynamaq imkanı yaratdığınıza görə sizə hər zaman minnətdar olacağam. Mənə qucaq açdıqları üçün bütün futbolçulara, texniki heyətə, rəhbərliyə və azarkeşlərə təşəkkür edirəm. Allah sizdən razı olsun”.
 
Qeyd edək ki, Enrikenin müqavilə ilə məxsus olduğu Yunanıstanın PAOK klubuna qayıdacağı gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30