18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Azərbaycan futbol jurnalistlərinin birgə bəyanatı!

Azərbaycan Premyer-Liqası, ölkə kuboku, istənilən daxili və beynəlxalq digər yarışlarda mühafizə xidmətinin təşkili məsələsində ciddi qüsurlar var. Jurnalistlərin peşə fəaliyyətinə mane olan, onu pozmağa yönələn hərəkətlər artıq kütləvi hal alıb. Qol gücünə, hərbə-zorba gəlməklə nəyəsə nail olmağa, özlərini göstərməyə çalışan mühafizə işçilərinin davranışı bezdirici səviyyəyə çatıb. Hər dəfə yeni qayda icad edərək “o olmaz, bu olmaz” deməklə işimizi lazımınca yerinə yetirməyə, akkreditasiya qaydalarına uyğun olaraq hərəkətlərə qoymayan bu şəxslərlə bağlı tədbir görülməsinin vaxtıdı. Bu səbəbdən də...  
Azərbaycan futbol jurnalistləri olaraq bu tərbiyəsizliyin qarşısının alınmasını, ciddi addımların atılmasını tələb edirik!   Bu, klublar və AFFA-ya birinci və sonuncu xəbərdarlıqdı. Xüsusilə də klublar (hələ ki, ad çəkməyə ehtiyac yoxdu) bu işdə “fərqlənərək”, işçilərinə həddindən artıq “səlahiyyət” veriblər. Gücə gəlincə, biz də mumdan deyilik! Ancaq hər şeyin sivil həlli yolu var və demokratik qanunlarla idarə olunan dövlət qurmaq istəyən hakimiyyətimizin bu çalışmalarına qarşı çıxmaq lazım deyil. Onsuz da bərbad olan futbol sistemimizdə daha bir problemin yaranmasını istəmirik. İşimizi lazımlı səviyyədə görməyimiz, bizdən çox sizə lazımdı, cənablar!  
Bu bacarıqsız, işinin nədən ibarət olduğunu bilməyən adamlarınızı təlimatlandırmanızı, onlara mətbuat nümayəndələriylə davranış qaydalarını öyrətməyinizi tələb edirik. Bir daha təkrar edirik, bu bir xahiş yox, tələbdir! 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30