23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Gənclər liqası: "Qəbələ" çempion!

Bu gün AFFA Gənclər Liqasında 2017/2018 mövsümünə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, mövsümün son oyunu Sumqayıtda keçirilib. “Qəbələ” və “Qarabağ” komandaları çempionluq oyununa çıxıb.

23 turdan sonra ehtiyatında 59 xal olan komandalar ilk 2 pilləni bölüşdürürdülər. Ancaq birinci və ikinci dövrədə keçirilən şəxsi oyunlardakı nəticələrə (1:0, 2:2) əsasən "Qəbələ" rəqibini qabaqlayırdı. Buna görə də çempion olmaq üçün "Qarabağ"a yalnız qələbə, "Qəbələ"yə isə heç-heçə də sərf edirdi.

Görüşdə qapılara qol vurulmayıb və "Qəbələ" çempion adını qazanıb. Beləliklə, bu mövsüm ölkəmizi UEFA Gənclər Liqasında "Qəbələ" təmsil edəcək.

Xatırladaq ki, ötən mövsüm bu turnirdə Rəşad Sadıqovun rəhbərlik etdiyi "Qarabağ"ın U-19 komandası çıxış etmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30