18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Gəncə şəhər stadionunda təmir işləri sürətləndi

Gəncə şəhər stadionunda bir müddətdir davam edən təmir-bərpa işləri sürətlənib.

Futbolxeber.az saytının məlumatına görə, "Kəpəz"in ev oyunlarını keçirdiyi arenada aparılan təmir üçün inşaat briqadalarının tərkibinə xeyli canlı qüvvə və ağır texnikalar cəlb edilib. Klub tərəfindən görülən işlərə Gəncə şəhər İcra Hakimiyyəti hərtərəfli dəstək verir.

Stadionun ərazisində standart ölçülərə uyğun iki meydança salınacaq. Qazonlardan biri süni, digəri təbii ot örtüyündən ibarət olacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür. Meydançalar hazır olan kimi burada komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaranacaq.

Arenanın həmçinin VİP sektorunda əsaslı təmir aparılır, rəsmi qonaqlar üçün nəzərdə tutulan otaqlar, AFFA nümayəndələri, eləcə də şərhçi kabinələri yenidən qurulur. Stadionun ərazisində bordürlər yenilənir, asfalt örtüyü salınır, hasar çəkilir. Ayrıca müvafiq yerlərə tamet üzlük daşlarının döşənməsi də nəzərdə tutulub. Müasir işıqlanma sisteminin qurulması üçün əlavə elektrik dirəkləri basdırılıb. Yenidənqurma işləri eyni vaxtda bazada da aparılır. Binanın fasadı, təmirə ehtiyac duyulan eyvanlar yenilənir.

Görülən işlər "Kəpəz”in əsas və əvəzedici komandasının, eləcə də klubun tərkibində fəaliyyət göstərən müxtəlif yaş qruplarından ibarət 9 komandanın maddi-texniki bazasının yaxşılaşdırılmasına hesablanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30