17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Ozobiçdən 25-ci qol, “Qəbələ”dən 48-ci böyükhesablı qələbə

Topaz Premyer Liqasının XXV turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, “qırmızı-qaralar”ın tarixində 48-ci böyükhesablı qələbədir. 3 və ya daha çox top fərqinin qeydə alındığı bu qarşılaşmalardan 27-si Premyer Liqada qeydə alınıb.

Cari mövsümdə 3-cü belə uğuruna imza atan komanda 2017-ci il noyabrın 25-də səfərdə “Kəpəz”i 6:1, dekabrın 3-də evdə “Keşlə”ni 3:0 hesabı ilə məğlub edib. 2018-ci ildə ilk böyükhesablı qələbəni bayram edən “Qəbələ” öz meydanında ümumilikdə 31-ci, Premyer Liqa matçlarında 16-cı dəfə belə fərqlə qalib gəlib.

“Kəpəz”lə oyunda hesabı açan Filip Ozobiç “Qəbələ”nin heyətində özünün yubiley qolunu vurub. Xorvatiyalı yarımmüdafiəçi 25-ci qoluna sevinib. Buna özünün 71-ci matçında nail olan Filip klub tarixinin bombardirləri siyahısında 4-cüdü. O, yalnız Viktor Mendi (33), Dodo (30) və Baqali Dabodan (26) geri qalır.

“Qəbələ”nin kapitanı Cavid Hüseynov “qırmızı-qara” formada 18-ci qolunu vurmaqla Kənan Kərimov və Aleksey Qaya çatıb. Bu “üçlük” 7-ci yerə şərikdi.

Qol sayını 11-ə çatdıran Stiven Monroz isə Ruslan Qurbanovla Rəşad Yusubova çatıb. Onlar 17-19-cu yerlərdə qərarlaşıb.

Gəncə təmsilçisi ilə qarşılaşma həm də Cavidin “Qəbələ”nin formasında Premyer Liqada keçirdiyi 60-cı oyun olub. O, ən azı bu qədər matça çıxan 17-ci futbolçudur. Çempionatda 13 qola sevinən kapitan bu göstəricidə 9-cudur. Premyer Liqada 16-cı dəfə rəqib qapısına yol tapıb, Yannik Kamanana çatan Ozobiç isə 4-cü yerə şərikdir. Monroz isə Sergey Zenyov, Fərzad Hatəmi və Lorenso Ebesilio ilə eyni qədər - 8 qol vurub və 14-cü sıradadır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30