24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Ancaq oyun bir daha göstərdi ki.."

"Beynəlxalq oyun təcrübəsinin azlığına baxmayaraq, uşaqlar özlərini yaxşı tərəfdən göstərmək üçün çalışdılar. Ancaq oyun bir daha göstərdi ki, çox işləməliyik. Aradan qaldırılması vacib çox nöqsan var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın rəsmi saytına açıqlamasında 2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov deyib.

Gənc mütəxəssis Antalya şəhərində təşkil olunmuş turnirdə Gürcüstan komandasına 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib:

"Gürcüstan yığması oyunu əsasən müdafiədən qursa da, oyun intizamı yüksək səviyyədə idi. Biz də bu baxımdan geri qalmırdıq, amma uşaqlarla işləmək üçün vaxta ehtiyac var. Milli komandada oynamağın necə məsuliyyətli və şərəfli olduğunu, harada olduqlarını tam dərk etməlidilər. Dediyim kimi, işimiz çoxdur, çalışmalıyıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30