19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA-dan Yuri Maksimova sərt cəza

AFFA-nın İntizam Komitəsi "Keşlə"nin baş məşqçisi Yuri Maksimovu cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunu olan “Sumqayıt” - “Keşlə” matçının 72-ci dəqiqəsində aqressiv davranışa görə texniki zonadan  kənarlaşdırılan ukraynalı mütəxəssis bu səbəbdən 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

Xatırladaq ki, Yuri Maksimov "Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalizadəni əvvəlcə itələyib, sonra isə ayağına zərbə endirməyə cəhd göstərib. Bu, Bəxtiyarın rəqib futbolçuya sürüşmə fəndi etdikdən sonra “Keşlə”nin texniki zonasına yaxınlaşdığı vaxt baş verib. Maksimovun hərəkətindən sonra meydanda qısa müddətə ara qarışıb, amma futbolçular hadisələrin daha da böyüməsinə imkan verməyib. Bu hərəkətinə görə baş hakim Əliyar Ağayev Yuri Maksimova qırmızı vərəqə göstərərək onu texniki zonadan uzaqlaşdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30