18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qəbələ" - "Qarabağ" oyunu Bakıda keçirilə bilər

Azərbaycan Premyer Liqasında sonuncu – 28-ci turun “Qəbələ” - “Qarabağ” matçı Bakıda keçirilə bilər.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib.

R.Musayev belə bir variantı Ağdam klubuna çempionluq kubokunun və qızıl medalların təqdim edilməsi ilə əlaqələndirib. Dəyişiklik rəsmiləşəcəyi təqdirdə, matç mayın 20-də Qəbələdə deyil, “Azərsun Arena”da keçiriləcək: “Çempionluq kubokunu sonuncu turda təqdim etməyi nəzərdə tutmuşuq. "Qarabağ" isə axırıncı turda səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. "Qarabağ"ın mükafatı doğma azarkeşləri önündə almasından ötrü "Qəbələ"dən oyunu Bakıda keçirməsini xahiş edə bilərik".

Qeyd edək ki, “Qarabağ” cari mövsümün başa çatmasına 4 tur qalmış çempionluğu rəsmiləşdirib. Hazırda 59 xalla birinci pillədə qərarlaşan Ağdam təmsilçisi 2-ci sıradakı “Qəbələ”ni 17 xal qabaqlayır. PFL-in planı gerçəkləşsə, “qırmızı-qaralar” mükafatçılar sırasına düşəcəkləri təqdirdə, onlar da medallarını “Azərsun Arena”da alacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30