19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Kapitandan çempionluq şərhi

Topaz Premyer Liqasında 24-cü turunda “Sumqayıt”ı səfərdə məğlub edərək(1:0), çempionluğunu rəsmiləşdirən “Qarabağ” klubunun kapitanı Rəşad Sadıqov matçdan sonra jurnalistlərə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli müdafiəçi ilk olaraq, çempionluq sevincini bölüşüb: “Bütün klubu - rəhbərliyimizi, məşqçilər korpusunu, futbolçularımızı çempionluq münasibəti ilə təbrik edirəm. Bu il gərgin mövsüm keçdi. Premyer liqa matçları ilə paralel Çempionlar Liqasıın qrupunda da mübarizə aparırdıq. Sevindirici haldır ki, bu il də çempion olduq. Komandamız xal fərqinə baxmayaraq, rahatlaşmadı, ciddi oldu, sona qədər mübarizə apardı. Bunadək dörd dəfə ardıcıl çempion olmağımıza baxmayaraq, bu il də çempionluğu çox istəyirdik”.

O, bu ilin Çempionlar Liqasının qrupunda mübarizə apardıları üçün xeyli gərgin il olduğunu deyib: “Bu mövsümün özəlliyi bu idi ki, ilk dəfə ÇL-nin qrupunda mübarizə aparırdıq. Və bizim üçün çox ağır və gərgin idi. Qış fasiləsində bir çox oyunlarda iştirak edə bilmirdik”.

Sadıqov mövsümün ikinci yarısının daha ağır keçdiyini söyləyib: “Qış fasiləsində sonra oyunlarımız daha ağır keçdi. Rahatlıqla qələbə qazana bilmirdik. Ya minimum fərqlə qələbə olurdu, ya da heç-heçə. Qışda bütün klublar möhkəmləndi, gücləndi. Sonuncu pillədə qərarlaşan komandalar belə, sona qədər inamla bizimlə mübarizə aparırdılar.  İkinci dövrə daha ağır keçdi”.

R. Sadıqov hələ bir il də futbolçu karyerasına davam edəcəyini bildirib: “Daha bir il oynayıb-oynamayacağım haqda tam qərar verməmişik. Amma böyük ehtimal bir mövsüm də oynayacağam. Milli karyeramı bərpa edəcəyim haqda isə hələ söhbət yoxdur".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30