19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Samir Əliyev: “Nəticə ədalətli oldu”

"Səbail"in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXIV turunda "Kəpəz"lə evdə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Həmkarınız Yunis Hüseynov bildirdi ki, bu gün "Kəpəz" qalib gəlməli idi. Siz bu fikirlə razısınız?

- Həmkarımın fikrinə hörmətlə yanaışıram. Hər iki komanda qalib gələ bilərdi. Bizim qol vəziyyəti daha çox idi. Qalib gəlmək istəyirdik. Çünki "Keşlə" bizi qabaqlayaraq 6-cı pilləyə qalxmışdı. Turnir cədvəlində aşağıda olanlar da öz aralarında mübarizə aparır. Evdə qələbə vacib idi. Yetərincə qol vəziyyətləri yaratdıq. Düzdü, ilk hissədə rəqibin qol vəziyyətləri vardı. Ancaq ikinci hissədə olmadı. Nəticə ədalətli oldu.

- Türkmən hücumçunun oyunundan narazı qaldınız və əvəzlədiniz. O, yerli hücumçulardan hansı keyfiyyətinə görə üstündür?

- O, iki oyundur çıxış etmirdi. Mənə "Kəpəz"in oyun üslubuna uyğun olaraq irəlidə topdan yapışan hücumçu lazım idi. Vit də bu göstəricidə Vüqar Nadirov və Nurlan Novruzovdan üstündür.

- Bu gün uzun ötürmələrdən çox istifadə etdiniz...

- Bu da bizim oyun üslubudur. Mərkəzdə top saxlaya bilmiriskə, belə oynamalıyıq. Pis alınmadı. Hər dəfə alına bilməz.

- Hədsiz top itirdiniz. Bunun səbəbi nədir?

- Tələskənliklə bağlı idi. Çünki qalib gəlmək istəyirdik.  Bəzi futbolçularımız özləri bildikləri kimi oynayırdılar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30