19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Hirsimi dəmirdən çıxdım"

"Bu gün mübariz oyun getdi. Xeyli müddət təbii otda məşq edirdik. Ancaq bu gün süni örtükdə oynamalı olduq və bu, çıxışımıza təsir etdi. Buna rəğmən, normal futbol oynadıq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, komandası qələbə qazana da bilərdi. Lakin 55-ci dəqiqədən 10 nəfərlə oynamağa məcbur olmaları buna maneçilik törədib: "Şəhriyar Rəhimovun dizində zədəsi vardı. Ancaq əvəzləməm yox idi. Sağ olsun, Şəhriyar kapitan kimi mübarizliyini göstərdi. Zədəli futbolçularımızı sabah müayinə edəcəyik".

 Hüseynov futbolçularla yanaşı, özünün də zədələndiyini bildirib: "Elə epizod oldu ki, hirsimi dəmirdən çıxdım. Dəmir əlimi kəsdi".

Baş məşqçi referi narazı qaldığı Ramil Diniyevin ondan sələfi Şahin Diniyevi əvəzləməsinin heyfini çıxması ehtimalını isə inkar edib: "Yox. Sadəcə, baş hakim səhvlərə yol verdi. İstərdim ki, siz jurnalistlər baxıb buna qiymət verəsiniz" (sportnet.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30