19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Qriqroçuk: “Çox sevincliyəm”

“Elə bir andı ki, başımıza gözəl hadisə gəldi. Bu hadisə gözəl bir vaxtda alındı. Qalibiyyətə ehtiyacımız var idi. Çox sevincliyəm”.

Futbolxer.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun yarımfinalında “Neftçi”yə qalib gələrək (3:1) finala yüksəldikləri oyundan sonra keçirilən mətbuat konfaransında deyib.

- Bu qədər həyəcanlı olduğunuzu görməmişdik. Belə bir anı Azərbaycanda yaşamışdız?

- Sevincim ona görədi ki, titul uğrunda mübarizə aparırırıq. Ona görə şadam ki, bu anda belə qələbə qazandıq. Başımıza inanılmaz şeylər gəldi. Hansı ki, başqa komandalar belə şeyi 20 oyundan bir yaşayır. Lakin biz hər oyun uğursuzluqla üzləşdik. Bu qələbənin əhəmiyyəti böyükdür.

- Stankoviçin erkən əvəzlənməsi gözlənilməz idi…

- Bizim üçün gözlənilməz deyildi. Onun əvəzlənməsi zədə ilə bağlı idi. Bəlkə yüngül zədə hesab oluna bilər. Əvvəl də belə hallarla üzləşmişdik. Buna görə risk etmədik. Baş verən uğursuz hadisələrdən sonra qalib gəlmək möhtəşəmdi. Cavid Hüseynovun soyuqqanlılıqla penaltini yerinə yetirməsini qeyd edərdim. Bu şəkildə qələbə əldə etməyimiz gücümüzü göstərdi.

- Finalda həmyerliniz Yuri Maksimovun çalışdırdığı “Keşlə”yə rəqib oldunuz. Maksimov bildirib ki, prinsipiallıq naminə onunla rəqib olmaq istərdim.

- Buna şəxsən təəccübləndim. Biz Ukraynada rəqib olmuşuq. Oyunlarımızda prinsipiallıq olub. Maksimova indi də hörmət edirəm. Onunla şəxsi prinsipim yoxdur. Final görüşündə prinsipial qələbə qazanmaq istəyirik.

- 3-cü dövrədə bu cür oyun niyə alınmırdı?

- Sistemli şəkildə qalib gəlmək üçün 4 aspekt lazımdı: fiziki, taktiki, hərəkət, psixioloji amillər. “Neftçi”yə ilk oyunda uduzmuşduq. Dabo həmin matçda çıxış etməmişdi. “Zirə” ilə görüşdə qapıçımız zədələndi. 3 əsas oyunçumuz yox idi. Bunlar hamısı oyuna təsir edir. “Qəbələ”də titul əldə etmək üçün çox şey qurban vermişəm.

- “Qarabağ”la “Qəbələ” arasında rəqabət var. Finalda rəqibinizin “Keşlə” olmasına sevindiz, yoxsa “Qarabağ”ın olmamasına görə təəssüfləndiz?

- “Qarabağ” hamıdan üstündür. Biz onlara çatmaq istəyirdik, amma alınmadı. Bunun üçün vaxt lazımdır.

- İlqar Qurbanovun durumu necədir?

- Paltardəyişmə otağında gördüm. Ciddi bir şey yox idi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30