24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanovdan sərt qərar

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının hücumçusu Mahir Mədətovu cəzalandırıb.

Qol.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı hücumçu əvəzedici heyətə göndərilib. Q.Qurbanov Mahirin hazırda lazımi formada olmadığını əsas gətirərək bu qərarı verib.

Qeyd edək ki, M.Mədətov “Qarabağ”ın “Kəpəz”ə qarşı ötən şənbə Premyer Liqada keçirdiyi görüşün iştirak ərizəsində olmayıb.

Sport7.az saytı isə məlumat yayıb ki, M.Mədətov məşqə gecikdiyi üçün Q.Qurbanov onu əvəzedici heyətə göndərib. Onun əsas komandaya nə vaxt dönəcəyi hələ bilinmir.

Qeyd edək ki, bu yaxınlarda Q.Qurbanov Elvin Yunuszadəni də əvəzedici heyətə göndərmiş, lakin sonradan onu bağışlamışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30