20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: “O, tənbəllik etmir, lazım olsa...”

“Bizim üçün qələbə qazanmaq vacib idi. Bunu da bacardıq. Gəncədəki oyunlar hər zaman ağır keçir. “Kəpəz” istər iddialı olsun, istərsə də turnir cədvəlində sonuncu pillədə olsun. Bu da gərgin matçlarımızdan biri idi. Yaxşı oyun keçdi. Oyuna, topa nəzarət edirdik, amma rəqibin standart vəziyyətlərində çətinlik yaşayırdıq. Bu qələbə münasibəti ilə həm futbolçularımızı, həm də azarkeşlərimizi təbrik edirəm”.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer liqasının 23-cü turunda səfərdə “Kəpəz”i məğlub etdikləri matçdan(1:0) sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli müdafiəçi çempionluq yarışında sona qədər mübarizə aparmalı olduqlarını söyləyib: “Qəbələ”dən öndə olsaq da, sona qədər mübarizə aparmalıyıq. Arxayınlaşmaq olmaz. Çünki sonra nəyisə toparlamaq çətin olur. Əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun”.

O, “Kəpəz”in standart vəziyyətlərdə üstün olduğunu bildirib:  “İlk qoldan sonra bir balaca oyunumuzu itirdik. Ancaq ikinci hissədə yenidən oyuna nəzarət etdik. Standart vəziyyətlər “Kəpəz”in ən üstün cəhətlərindən biri olub. Heyətlərində başla yaxşı oynayan futbolçular var. Bu da bizim zəif cəhətlərimizdən biridir”.

R. Sadıqov sonda komandanın qələbə, özünün isə “Qarabağ”da ilk qolunu vuran Ramil Şeydayev haqda da danışıb: “Ramilin qol vurması bizim üçün sevindirici haldır. Ötən tur da yaxşı oynamışdı. Sevindirici hal budur ki, düşdüyü vəziyyətdən məyus olmur, sona qədər mübarizə aparır. Artıq yaxşı praktikası var. İstər U-21-də, istərsə əvəzedicilərdə olsun. Artıq əsas heyətdə hər həftə oynayır. Tənbəllik etmir. Lazım olsa,  əvəzedicilərdə də oynayır. Sonda da bu gün bəhrəsin gördü”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30