29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Yeni Yunis Hüseynov gəlməyəcək"

“Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 23-cü turunda "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- “Qarabağ”ı təbrik edirəm. Mübarizə apardıq. Rəqib güclü, top saxlayan komandadır. Düzdür, bunlar şablon sözlərdir. Ancaq reallıqdır. Xal qazanmaq istəyirdik. Komandamdan razı qaldım. İmkanlarımız oldu, lakin istifadə edə bilmədik. Qarşıdakı oyunlara köklənəcəyik.

- Dieqonu sonradan meydana buraxdınız, lakin tezliklə əvəzlədiniz...

- Onu meydana buraxdım ki, meydanın mərkəzində top saxlasın. Fikirləşdim ki, təcrübəsi ilə komandaya kömək edəcək. Lakin ümidlərimi doğrultmadı. Buna görə, tez əvəzlədim.

- Düşünmürsünüz ki, bu, futbolçuya təsir edə bilər?

- Ola bilər. Lakin futbolçu meydançada ona olan etimadı doğrultmadı.

- Hər iki komandanın məşqçilər korpusunda Azərbaycanın vaxtilə güclü futbolçuları olmuş mütəxəssislər qərarlaşıb. Bu oyunçular komandasını arxasınca apara bilən futbolçular idi. Lakin bu gün ölkə futbolunda bu cür oyunçular yoxdur. Sizcə, bunun səbəbi nədir?

- İndiki futbolçulara hörmətlə yanaşıram. Lakin yeni Yunis Hüseynov gəlməyəcək. Eləcə də, Vidadi Rzayev və digərləri. İndinin futbolu ilə o vaxtkı futbol da tam fərqli idi. Futbolçular komandanı arxasınca aparacaq səviyyəyə çatmaq üçün öz üzərində işləməlidilər. Çalışsalar, onlar da bu cür futbolçu ola bilərlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31