24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Tərlan Əhmədov: "2:0 hesabı ilə udsaydıq...”

"Kubok oyunu həmişə ağır olur. Amma oyuna həddən artıq köklənmişdik. İlk görüşdə kubokun taleyini həll etmək istəyirdik. Bu gün komandam hücum futbolu oynadı, qələbə qazandı. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm. Onların sayəsində daha aqressiv oyun sərgilədik. Aprelin 15-də süni örtükdə "Zirə"yə qarşı vacib görüşə çıxacağıq. Çalışacağıq ki, hər iki cəbhədə mübarizəmizi davam etdirək".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun yarımfinalında səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Hesabı nə dərəcədə qaneedici sayırsınız?

- Fikirləşirdim ki, 2:0-dan sonra Çempionlar Liqasında 2 gündür sürprizlər baş verir. Bütün məsələlər cavab görüşündə həll olunacaq. 2:0 hesabı ilə udsaydıq, bir balaca nəfəs alardıq. Rəqibin gücünə də bələdik. Cavab görüşündə daha istəkli olaraq, qələbə qazanmağa gücümüz var.

- Sıx oyun qrafiki iki cəbhədə mübarizə aparmaq baxımından sizə nə dərəcədə çətinlik yaradacaq?

- Yetərincə futbolçularımız var. Yeganə narahatlığımız Ruslan Abışovun yoxluğudur. Əlimizdəki materialdan istifadə edəcəyik. Peşəkarlıqdan, avrokuboklara vəsiqələrdən danışırıqsa, hər bir futbolçu bunu dərk etməlidir.

- İlk görüşdəki nəticə komandanızı cavab görüşündə müdafiə futboluna sövq etməyəcək?

- Bu gün komandam yüksək templi oynayıb gözəl qələbə qazandıq. Oyunun sonları daha dramatik alındı. Bu komandaya gələndən hücum futbolu və qol vurmağı təlqin etmişəm.

- Hesabda öndə olduğunuz vaxt da komandanız hücum edirdi. Düşünmürsünüzmü ki, qol buraxmağınız da bununla əlaqədar oldu?

- 2:0-dan sonra nələrin baş verdiyinə futbolçular qərar verir. Strategiyamda müdafiədə oturmaq yoxdur. Qalib gəlmişiksə, deməli, nəticə qaneedicidir.

- Mirabdulla Abbasov və Emin Mahmudovun ehtiyatda qalmaları nə ilə əlaqədar idi?

- 3 gündə bir dəfə oyunlarımız var. Mirabdulla Abbasov və Emin Mahmudov son oyunlarda heyətdə çıxış edirdi. Bu gün onların ehtiyatda qalması qarşıdakı oyunla bağlı atılmış addım idi.

- Bəs legionerlərin çıxışını necə dəyərləndirirsiniz?

- Məşqlərdə hər bir futbolçunu yoxladıqdan sonra qərar veririk. Soni Mustivar da, Luka Kampas da yaxşı oynadı. Kim layiqdirsə, o da heyətdə olacaq (report.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30