25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Samir Abasov: "Hakimlərə tapşırıq verilib ki, bizi cəzalandırsın"

"Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsində  "Keşlə”yə 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Kubok oyunudur, iki matçdan ibarətdir. Bəlkə də, bizim bu gün uduzmağımız daha yaxşı oldu. Hara baxırdın, "Sumqayıt”dan danışırdılar. Futbolçular göyə qalxmışdılar. Yaxşı ki, bu gün rəqib bizi göydən yerə saldı. Yaxşı ki, böyük hesabla uduzmadıq. Komanda bərbad oyun sərgilədi. Bəlkə də, bu cür oyunumuzun səbəbi əsas futbolçularımızdan bəzilərinin olmaması idi. Ancaq bu, bəhanə olmamalıdır. Avroliqaya haqq edən komanda getməlidir.

- Sanki "Neftçi” ilə matçda sonra komandada yorğunluq var idi...

- "Neftçi” ilə oyundan sonra istirahət üçün yetərincə vaxt olub. Futbolçulara istirahət vermişik. Hansısa futbolçu özünü ulduz hesab edirsə... Bir də deyirəm, yaxşı ki, bu oyunda başımız daşa dəydi. İndi ikinci oyuna yaxşı hazırlaşacağıq.

- Hakim sizi texniki zonadan kənarlaşdırdıqdan sonra tribunada görünmədiniz. Oyunu harda izləyirdiniz?

- Matçı tribunadan izlədim. Rəqib oyunçuya sarı vərəqə verilməsini tələb edirdim. Rəqib komandanın 6-7 futbolçusu sarı vərəqə limitindədir. Bu oyunda sarı vərəqə alsalar, cavab oyununu buraxmalı olacaqdılar. 4-cü hakimdən tələb etdim ki, sarı vərəqə verilsin. Ancaq o, məni qovdu. Sanki hakimlərə tapşırıq verilib ki, bizi cəzalandırsın. Oyunun əvvəlindən Seymur Rəhimovu və məni cəzalandırmağa çalışırdılar. Dediyim kimi, qovulmağım hakimlərin səhvi idi. Mən heç kimi təhqir etmədim. Sadəcə, qışqıraraq, etirazımı bildirdim.

- Tapşırığı kim verib?

- Bilmirəm, verən verib. Yəqin yuxarıdan olar. Deyirlər, səsinizi çıxarmayın, səbrli olun. Lakin mən məşqçiyəm, oyun vaxtı qışqırmalı, etirazımı bildirməliyəm.

- Əlinizdə şans olsa, Fərhad Vəliyevə nə qədər şans verərdiniz?

- Mövsümün sonuna kimi.

- Bəzi oyunçularının başqa yerdə olduğunu dediniz. Yəni başqa klubda?

- Saytları açırsan, gündə bir oyunçumuzu bir kluba calayırlar. İstər-istəməz fikir yayına bilər. Oyunçularla danışacam. İnşallah, bu söhbət xeyrimizə olar...

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30