20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ"nin 6-cı yarımfinalı

“Qəbələ” ölkə kubokunun yarımfinal mərhələsində öz meydanında “Neftçi” ilə qarşılaşacaq.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu matç “qırmızı-qaralar”ın kubokda 57-ci qarşılaşması olacaq. İndiyədək keçirdiyi 56 görüşdə 29 dəfə qalib gələn komanda yubiley - 30-cu qələbənin astanasındadır. “Qəbələ”nin hesabında 17 heç-heçə və 10 məğlubiyyət də var. Rəqib qapılarına 97 top vuran “qırmızı-qaralar” bu göstəricidə 100-ə çatmağa yaxındır. Bunun üçün komandaya 3 dəfə fərqlənmək kifayətdir. “Qəbələ” kubok matçlarında 47 qol buraxıb.

Arxada qalan 56 oyundan üçündə rəqib “Neftçi” olub. Paytaxt təmsilçisi ilə iki dəfə yolları kəsişən “qırmızı-qaralar” 2013/14 mövsümünün finalında 1, 2015/16 mövsümünün yarımfinalında 2 matçda “ağ-qaralar”la üz-üzə gəlib. Hər üç matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu iki duelin taleyi penaltilərlə həll olunub ki, zərbələri paytaxt təmsilçisi daha dəqiq yerinə yetirib.

“Qəbələ” tarixində 6-cı dəfə yarımfinalda mübarizə aparacaq. Əvvəlki 5 cəhddən ikisində finala adlayan komandamız 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı (3:0, 1:1), 2016/17 mövsümündə “İnter”i (3:1, 2:0) mübarizədən kənarlaşdırıb. “Qırmızı-qaralar” yarımfinal səddini məhz onları bu mərhələdə udan rəqibləri yenməklə adlayıb. 2007/08 mövsümündə “Xəzər Lənkəran”a (1:3, 1:1), 2008/09 mövsümündə isə “İnter”ə (0:5, 2:0) yenilib. 2015/16 mövsümündə isə “Qəbələ” final yolunda “Neftçi” ilə qarşılaşıb - 1:1, 1:1, pen. 3:4.

Aprelin 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun Azərbaycan kubokunda 31-ci ev matçı olacaq. Doğma azarkeşlər önündə 18 qələbə qazanıb, 9 heç-heçə edən əyalət təmsilçisi cəmi 3 dəfə uduzub. Öz meydanında 63 qol sevinci yaşayan komanda cəmi 18 top buraxıb.

Cari mövsüm yarimfınala qədər üç oyun keçirən “Qəbələ” bütün matçlarda qələbə qazanıb. 1/8 finalda

“Mil-Muğan”ı 8 cavabsız qolla məyus edən “qırmızı-qaralar” 1/4 finalda “Səbail”i mübarizədən kənarlaşdırıblar - 1:0, 4:2.

Xatırladaq ki, “Qəbələ” - “Neftçi” oyunu saat 18:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30