16 May 2024, Cümə axşamı
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi
Sxadadze Gürcüstana yollanıb
XXXVI turun oyun cədvəli açıqlandı

Ölkə futbolu

Şahin Diniyev: "... Portuqaliyadan xal almağımız mümkün deyil"

 

"Milli komandamızın Lüksemburqla görüşü nə oyun, nə də nəticə baxımından ürəkaçan oldu". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis komandamızın çıxışından narazı qaldığını gizlətməyib: "Millimiz öz gücündə olan komandaya qalib gələ bilmədi. Nəticəni qoyaq bir qırağa. Komandamız heç oyun baxımından da normal çıxış etmədi".

Şahin Diniyev qeyd edib ki, Foqts çempionatın oyunlarını izləmədiyindən düzgün heyət formalaşdırmaqda çətinlik çəkir: "Bəzi futbolçular klublarında oynamasalar da, milliyə dəvət alırlar. Bu da ondan irəli gəlir ki, Foqts çempionatın oyunlarını izləmir. Bilmir ki, hansı futbolçu formasının pik nöqtəsindədir, hansı ideal formadan uzaqdır. Bütün bunları bilmək üçün isə mütəmadi olaraq, hər həftə çempionat oyunlarını izləmək lazımdı".

"Bəs, sizcə AFFA rəhbərliyi nəyə görə Foqtsun biganəliyinə göz yumur" sualını isə Ş.Diniyev belə cavablandırıb: "Mən bu haqda dəqiq bir söz deyə bilmərəm. Foqtsun Azərbaycan neçə gün keçirməsi, il ərzində nə qədər burada olması AFFA ilə imzaladığı müqavilədə əks olunub. Həmin müqavilə haqda isə geniş məlumatım yoxdur. Bu səbəbdən də bu barədə konkret bir söz demək çətindir".

Şahin Diniyev Portuqaliya ilə oyundan da söz açıb: "Nani və Ronaldo Portuqaliya millisi demək deyil. Onların oynamamalarının millimizin lehinə və ya əleyhinə olacağını indidən demək çətindir. Bəlkə də onların yoxluğu bizim futbolçularımızın əleyhinə işləyəcək. Çünki adıçəkilən oyunçuların meydana çıxmaması millimizi rahatlaşdıra bilər. Amma istənilən halda, Portuqaliya millisi güclüdür. Ronaldo və ya Naninin meydandan olmaması komandanı zəiflədə bilməz. Düzdür, desəm ki, bu itkilər tam olaraq Portuqliyanın oyununa təsir etməyəcək, yalan olar. Çünki Ronaldo çox güclü futbolçudur, bunu hamımız bilirik. Öz sürəti hesabına hər an rəqib qapısı qarşısında təhlükə yarada bilər ki, bunu da İsraillə oyunda gördük. Amma mən hesab edirəm ki, Ronaldo və Naninin yoxluğu bizimlə oyunda Portuqaliya üçün itki hesab olunmayacaq. Əgər, Portuqaliya İsrail və ya Rusiya ilə oyuna Ronaldo və Nanisiz çıxsaydı, bax, o zaman bu itki hesab olunardı. Millimizə uğurlar arzulayıram. Ümid edirəm ki, komandamız güclü rəqibdən xal ala biləcək. Amma Lüksemburqla oyundakı kimi çıxış etsək, Portuqaliyadan xal almağımız mümkün deyil". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31