24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“İstədiyimiz kimi oynaya bilmədik”

Topaz Premyer Liqasının XXII turunun “Zirə” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Futbolxeber.az saytının məkumatına görə, ukraynalı mütəxəssisin komandasının ardıcıl üçüncü heç-heçəsini belə şərh edib:

“Oyunu təhlil edəcəyik və qarşıdakı kubok matçına ciddi hazırlaşacağıq. Futbolçuların oyuna yanaşmasında yeni bir şey görmədim. Bu, “Zirə” ilə görüşlərimiz üçün adi hal idi. Biz hazırlaşanda oyunları çempionat və kubok matçlarına bölmürük. Aydın məsələdir ki, istədiyimiz kimi oynaya bilmədik. Biz daha yaxşı oynamaq istəyirik. Lakin futbolçuların fikrində bu barədə düşüncələr var ki, kubok bizim hədəfimiz, arzumuzdur. Bu da səbəblərdən biridir.

Cavid Hüseynovun oyun forması sabit ola bilməz. Çünki zədə və diskvalifikasiya özünü göstərir. Ona bir az çətin olsa da, bu futbolçuya sonadək inanırıq. Zədə aldığı üçün əvəzlənən Dmitri Bezotosnın dəyişdirilməsi oyunumuza təsir etmədi. Lakin təkcə qapıçı deyil, istənilən futbolçunun xəsarət alması xoş olmayan məqamdır.

Onun yerinə meydana daxil olan Aqil Məmmədov yaxşı çıxış etdi. Bir epizodda da komandanı xilas etməyi bacardı. Zədəsinin durumu haqda indidən nəsə demək çətindir. Bir neçə günə durumuna aydınlıq gələcək. Dmitri çox uğursuz yıxıldı. Həkim hələ də ağrıların olduğunu dedi. Ümid edirəm ki, ciddi heç nə olmayacaq. Bundan sonra iki oyunçunu əvəzləyəndə aşkar risk etmişdim. Aqil də zədələnsəydi, nə edəcəyimi deyə bilmərəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30