18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

İqnasio rekorda şərik çıxdı

“Neftçi”nin futbolçusu İqnasio Herrera Topaz Premyer Liqasında 10-cu qolunu vurub.

Futbolxeber.az saytının məlumatına görə, “Ağ-qaralar”ın ötən mövsüm heyətinə qatdığı çilili legioner yubileyə 33-cü matçında nail olub. O, XXI turun “Səbail”lə ev matçındakı dublla 10-a çatıb. Ötən mövsüm 12 oyunda 3 dəfə fərqlənən cənubi amerikalı cari çempionatdakı 21-ci görüşündə 7-ci dəfə rəqib qapısına yol tapıb.

Herrera “Neftçi”nin heyətində Azərbaycan çempionatlarında 10 və daha çox qol vuran 34-cü futbolçu kimi tarixə düşüb. O, “ağ-qaralar”ın indiki heyətində bu göstəricidə rekorda şərik çıxıb. Belə ki, Rəşad Sadiqov və Ruslan Abışov da “Neftçi” formasında Premyer Liqada 10 qola sevinib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30