29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Bu məbləğə fırıldaqçı oynayar"

"Mən bura gələndə komandaya dəvət olunan futbolçulara ödəniləcək məbləği razılaşdırmışdıq. Ancaq müqavilə imzalananda həmin məbləği 10 dəfə azaltdılar".
 
Futbolxeber.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov deyib. Ukraynalı mütəxəssis rəhbərliyin transfer siyasətini tənqid edib:
 
"Avropa Liqasında "Dnepr"in heyətində çıxış etmiş futbolçular orada aldığından azacıq çox pula "Keşlə"yə gəlməyə hazır idilər. Amma onları götürmədilər. Həmin vaxt getmək istədim, futbolçular xahiş etdilər ki, komandanı atıb getməyim. Mən görürəm ki, futbolçu meydanda bacardığından da artıq oynayır. Kimi günahlandırım?"
 
Maksimov bildirib ki, oyunçular videoya baxılaraq götürülüb:
 
"Məbləği o qədər azaltdılar ki, axırda video ilə oyunçu axtarıb-seçdilər. Bu məbləğə kim gəlib oynayar? Ya hansısa fırıldaqçı, ya da çoxdan oynamayan futbolçu. Heç nədən qorxmuram. Gəldiyim kimi də gedə bilərəm. Belə bir şəraitdə komandanı necə sıxa bilərəm? Əksinə, futbolçuların hamısına "çox sağ olun" deyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31