25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Topaz Premyer Liqasında türkiyəli hakimlər - PFL-dən sensasiyalı təklif

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev türkiyəli hakimlərin Azərbaycan Premyer Liqasının oyunlarını idarə etməsi təklifi ilə çıxış edib.
 
Futbolxeber.az-ın xəbərinə görə, bu haqda o, “Futbol +” qəzetinə verdiyi müsahibədə bildirib.
 
R.Musayevin sözlərinə görə, bugünlərdə Türkiyəni Antalya şəhərində keçirilən Azərbaycan – Makedoniya oyunu günü məşhur FİFA referisi Cüneyt Çakırla görüşüb: “Elə ilk görüşdən məndə ona böyük simpatiya yarandı. Bizim xalqa, insanlarımıza necə böyük hörmət bəslədiyini ilk kəlmələrdən duymaq çətin olmadı. O məndən bizim hakimləri, o cümlədən Ömər Paşayevi soruşdu. Ömərin martın 27-də Alaniyada oyun idarə edəcəyini bildirib ona uğurlar arzuladı. 6-7 il öncə mən Türkiyə Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb bəzi məsələlər barədə söhbət etmişdim. Təəssüf ki, planlarımız həyata keçmədi. Söhbət türk futbolçuların Azərbaycanda, bizimkilərin isə qardaş ölkədə legioner statusu olmadan top qovmasından gedir. Ancaq qarşı tərəf bizim bu istəyimizə razılıq vermədi. Çakırla söhbətdə isə hakimlik məsələsinə toxunduq. Ona dedim ki, ikitərəfli geniş görüş keçirək və razılıq əldə olunarsa, ildə bir neçə dəfə türk hakimlər bizim premyer liqada, bizim referilər isə superliqada matç idarə etsinlər. Bir növ təcrübə mübadiləsi olsun”.
 
R.Musayev bildirib ki, burda söhbət öz hakimlərimizə inamsızlıqdan, məsul oyunlarda onlara güvənməməkzdən getmir: “Heç qonorar söhbəti də aktual deyil. Sadəcə, istəyirik ki, ədalət təmsilçilərimiz də inkişaf etsin, aralarında sağlam rəqabət yaşansın. Desinlər ki, niyə filan hakim superliqada oyun idarə etdi, mən kənarda qaldım? Özünü orda görmək istəyən referi də çalışacaq ki, premier liqada idarə etdiyi oyunlarda yüksək qiymət alsın ki, sabah onu da bu layihə çərçivəsində qardaş ölkəyə yollayaq. Bu, həm də hakimlərimizin ölkədən kənarda tanınmasına xidmət edə bilər. Cüneyt bəy bu işdə böyük məmnuniyyətlə yardımçı olacağını bildirdi. Ondan başqa Makedoniya ilə oyundan öncə Türkiyə Hakimlər Komitəsinin sədri Yusuf Namoğlu ilə görüşdüm. Onunla da bu mövzuda söhbət etdik. Ümumiyyətlə, yığmanın yoxlama görüşünə türk hakimlər geniş tərkibdə gəlmişdi. Bu yeni sistemin sınaqdan keçirilməsi ilə bağlı idi. Sözsüz ki, qarşı tərəf AFFA rəhbərliyindən və Qurban müəllimdən icazəli şəkildə bunu həyata keçirmişdi. Biz də öz növbəmizdə VAR sistemi ilə maraqlandıq, müsbət və mənfi cəhətlərini öyrəndik. Yusuf bəy hakimlərin təcrübə mübadiləsi ilə bağlı məsələni gələcəkdə görüşüb müzakirə etməli olduğumuzu bildirdi. Həmin vaxt az olduğundan geniş müzakirələr apara bilmədik. Yəqin ki, gələcəkdə bu görüş baş tutacaq”.
 
R.Musayev Cüneyt Çakırı Azərbaycan kubokunun final görüşünə dəvət edib: “Mən onları bizim kubokun final oyununa dəvət etdim. Çakır böyük məmnuniyyətlə gəlmək istədiyini bildirdi. Ancaq bildiyiniz kimi, Cüneyt bəy bu yay Rusiyada təşkil olunacaq mundiala yollancaq hakimlər arasındadı. Onlar üçün isə mayda təlim-məşq toplanışı təşkil olunub. Bu üzdən tanınmış referi Azərbaycana gələ bilməyəcək. Ancaq onu da bildirdi ki, dünya çempionatından sonra nə vaxt istəsəz, Azərbaycana səfər edib çempionat oyunlarını izləyə bilər. Hətta “istəsəniz, premyer liqa matçını da idarə edə bilərəm” deməyi də unutmadı. Sözün həqiqi mənasında böyük insandı. Onun bizim hakimlərlə maraqlanması, onların idarə etdiyi oyunlarda yaşananları yada salması Azərbaycan barədə çox yüksək fikirlər səsləndirib, xoş sözlər deməsi mənə çox xoş gəldi. Hiss olundu ki, o bizim çempionatı izləyir. Hakim kimi başqa, insan kimi də çox xoş sözlərə layiqdi. İkitərəfli görüşə gəlincə, inşallah, yaxın vaxtlarda bu görüş baş tutacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30