20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Mahir Şükürov: "Mərhələ adlamaq üçün əlimizdən gələni etdik"

“Çox istəyirdik ki, sevinən tərəf biz olaq. Bunun üçün də əlimizdən gələni etdik. Lakin təəssüf ki, alınmadı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin rəsmi saytına açıqlamasında komandanın üzvü Mahir Şükürov deyib.

Vitse-kapitan Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Skenderbeu” klubuna 0:1 hesabı ilə uduzduqları oyunda braziliyalı komanda yoldaşı Bruno Bertuççu ilə aralarında yaranmış gərginliyə aydınlıq gətirib: “O ki qaldı Bruno ilə aramızda yaranmış gərginliyə, bu, oyunun nəticəsindən irəli gəlirdi. Biz bir ailəyik, aramızda heç bir problem ola bilməz”.

Bruno Bertuççi də Mahirlə mübahisəni gərginliyin nəticəsi sayaraq, artıq aralarında heç bir problemin olmadığını söyləyib: “Mərhələ adlayacağımıza inanırdıq. Amma təəssüf ki, bunu həyata keçirə bilmədik. Sanki bəxt bizdən üz döndərmişdi. Qol vurmaq, nəticə göstərmək istəyi alınmayanda gərginlik artır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30