17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qurban Qurbanov: “Ona cəza veriləcək”

Azərbaycan Premyer Liqasının 31-ci turunda evdə “Keşlə” ilə bərabərə qalan (1:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
- Bir az çətin oyun olacağını gözləyirdim. Komandamıza görə narahat idim. Oyunçuların həm millidə, həm burada olmasından narahat idim. Maraqlı oyun alındı. Hakimin son fitinə kimi sürət var idi. Mübarizə, qırmızı vərəqə, sürətli oyun. Hər şey var idi. Heç kim uduzmaq istəmirdi. Düşünürəm ki, ədalətli nəticə oldu.
 
- “Keşlə”nin baş məşqçisi bildirdi ki, bu, bizə qələbəyə bərabər idi. Heç-heçəni məğlubiyyət kimi saysaq, nədə uduzdunuz?
 
- Bizim də öz baxışımız var. Yəqin məğlubiyyəti də göz önünə gətirib, bu sözləri deyib. Hər halda, səfərdə xal alıblar. Biz xallarımızın üstünə xal gətirdik. Oyunçulardan razı qaldım.
 
- Qara Qarayevin müdafiənin sağ cinahında oynaması məcburəyyətdən atılıan addım idi?
 
- Abbas Hüseynov zədədən qayıdıb. Digər tərəfdən fərqli oyun düşündük. Bir az dəyişik üsluba üstünlük verdik. Fikrimcə, alındı. Abbasın daha çox oynamaq gücü var idi.
 
- Bu oyunçuları əvvəl də milliyə göndərirdiniz. Sanki bu oyun göstərdi ki, yerlilərlə əcnəbilərin uyğunlaşmasında problem var idi…
 
- Razıyam. Amma rəqiblərin də səviyyəsi qalxıb. Bunu nəzərə alsaq, normaldı. Düzdü, ikinci hissə fərqli keçdi, daha çox topa sahib olduq. İlk dəqiqələrdə özüm də etirazımı bildirdim. Belə rəqiblərə qarşı təmkinli oynamaq lazımdı. Miçel hərdən başlayır danışmağa. İkinci hissə bir qədər fərqli oldu.
 
- Dediniz ki, hər şey var idi. Bir epizodda Əfran İsmayılov topa qəribə zərbə vurdu…
 
- Onun ilk fikri ötürmə vermək idi. Son anda gördü ki, Kamran qapını qoyub çıxıb. O anda zərbə vurmaq istədi, alınmadı.
 
- Mahir Mədətovun mərkəz hücumçusu kimi oyunundan nə dərəcədə razısız?
 
- Onu hamı cinahda görüb. Xatırlayırsınızsa, bir il əvvəl hücumda oynayırdı, qollar da vururdu. “Keşlə”nin müdafiəçiləri yaxşı çıxış etdilər. Belə matçlarda ustalıq keyfiyyətləri yaxşı olmalıdı. 3 real qol vəziyyəti yarada bilməsi onu göstərir ki, irəliləyiş var. Onun hücumda oynaması mənim üçün lazımdı. Hətta öz gələcəyi üçün də.
 
- Qırmızı vərəqə verilən epizidda nə baş verdi?
 
- Coşquna yaxşı eləyib, qırmızı vərəqə verdi. Düzdü, elə ciddi bir şey yox idi. Amma mənim oyunçuma qırmızı verdiyi üçün hakimdən razı qaldım. Rəqibə verməsəydi belə, razı olardım. Biz hər şeyə reaksiya verməməliyik. Fasilədə oyunçulara bu barədə tapşırıq vermişdim. Qırmızı vərəqədən sonra oyun dəyişdi. Buna görə, Coşquna cəza veriləcək.
 
- “Qarabağ”ın oyun sistemini milliyə aşılamağa çalışırsınız?
 
- Mənim düşüncəm var. Hər oyunda çalışmalıyıq topa sahib olaq. Ola bilər ki, top 50 faiz komandada olsun, amma nəzarəti əldən verməməliyik. Rəqib daha güclü ola bilər. Amma topa sahib olanda onunla düzgün rəftar etməliyik. Qarşımıza topa 70 faiz sahib olmaq məqsədi qoymamışıq. Bu sistemi həmən millidə qura bilmərəm. Milli tam fərqli turnirlərdə iştirak edir. Orada fərqli klublardan oyunçular gəlir. Vacib olan düşüncələrimi onlara çatdırmaqdı. Topa sahib olmaq daim tələb olunur. Millidə fərqli üslubda işləyirik. Fiziki göstəricilərimiz də yaxşı olmalıdı ki, rəqiblərlə düzgün mübarizə aparaq, daha bərk olaq. Hətta 2 ötürmə ilə də hücuma keçməyi bacarmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30