28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ayxan Abbasov: "Yetirmələrimdən razı qaldım"

Topaz Premyer Liqasının 21-ci turunun açılış matçında səfərdə “Kəpəz”in qonağı olan “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransı keçirib. Futbolxeber.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.
 
-    Gərgin, maraqlı oyun alındı. Bilirdik ki, qış fasiləsindən sonra “Kəpəz” heç kimə asan məğlub olmayıb. Hətta son dəqiqələrdə buraxdıqları qollara baxmayaraq da, layiqli oynayıblar. Bizim komandaya gəlincə, təəssüf ki, 3-4 real qol şansımız olsa da, bunu bacarmadıq. Bütün hallarda uşaqlar əzmkar futbol sərgilədi və yetirmələrimdən razı qaldığımı deyə bilərəm.
 
-    7-ci oyundu ki, “Zirə” qələbə üzünə həsrətdi. Bəlkə bilmədiyimiz nəsə var?
 
-    Bütün oyunlarda eyni mərəz: bu görüşlərin əksəriyyətində əla qol şanslarımız olur. “Qəbələ” ilə səfərdə bir sıra oyunçumuz cəzalandırıldı. Ancaq hər bir görüşdə real qol şansları yaxalayırıq. 
 
-    Son günlər mətbuatda rəhbərliyin nəticələrdən narazı qaldığı bildirilir. Hətta yerinizə namizədlər adı da hallanır...
 
-    Mətbuatın işi yazmaqdı. Rəhbərliyin qələbəsizlik seriyasından məmnun olduğunu deyə bilmərəm. Ancaq rəhbərliklə görüşümüz olub və arxamızda dayandıqlarını bildiriblər. Uğur olanda yazmırdılar, indi yazırlar. Bunun da səbəblərini bilirəm. Bu komanda mənə doğmadı və hamıdan çox uğur qazanmağımızı mən istəyirəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31