29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Kəpəz"in hücumçusu: "Bütün gücümlə oynamağa hazıram"

“Zədəli şəkildə oynamaq oyunçu üçün böyük risk deməkdir. Düzdür, bütün futbolçular kimi, mən də həmişə oynamağı, meydanda olmağı arzulayıram. Bununla komandama fayda verməyə çalışıram. Amma sağlamlıq da önəmlidir".
 
Futbolxeber.az-ın məlumatına görə, bunu "Kəpəz"in hücumçusu Şadon Vinçester klubun saytına açıqlamasında söyləyib. 
 
O, zədəsinin ciddiliyini bildikdən sonra məyus olduğunu deyib: "İdmanda zədələr qaçılmazdır. Tibbi personala inanıram və onların dediyi kimi müalicə olundum. İndi hər şey yaxşıdır".
 
Şadon oyunlara çıxmaq üçün darıxdığını da sözlərinə əlavə edib: “Sağalmışam və bundan sonra bütün gücümlə oynamağa hazıram. Oynamaq həvəsim çoxdur. Ötən tur meydana çıxa bilmədiyim üçün üzgün olsam da, komanda yoldaşlarım mənsiz də yaxşı oynamağı bacardılar. Komandanın əsas heyətinin futbolçusuyam, amma unutmaq olmaz ki, futbol kollektiv oyundur. Bir oyunçu heç nəyi həll etmir, nəticə bütün futbolçuların və məşqçilərin birgə əməyinin məhsuludur”.
 
Forvard Trinidad və Tobaqo yığmasına dəvət alsa da, zədəsi ilə bağlı toplanışa qatılmamasına da münasibət bildirib: “İnsanın öz ölkəsini təmsil etməsi çox xoşdur. Elə Azərbaycanda top qovmağım da bu anlamdadır. “Kəpəz”in üzvü kimi milliyə çağırılmışdım. Yığmamızın yoxlama oyunlarında iştirak etməliydim. Bu görüşlər böyük əhəmiyyət daşımasa da, hər halda bizim üçün sınaq matçları idi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31