19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ndlovudan Qurban Qurbanov və Rəşad Sadıqova cavab

"Həqiqəti bilən insanlardan hər şeyi soruşa bilərsiniz. "Qarabağ"dan niyə ayrıldığımı onlar sizə deyəcək".
 
Bu sözləri eksklüziv açıqlamasında "Qarabağ"ın sabiq hücumçusu Dino Ndlovu deyib. Qış fasiləsində Ağdam təmsilçisini Çinin "Xançjou Qrintaun" klubuna dəyişən Cənubi afrikalı forvard Azərbaycan mətbuatına özü haqda yayılan xəbərlərə münasibət bildirib: 
 
"Bu barədə danışmaq hazırda mənim üçün ən axırıncı işdir. Karyeramda yeni səhifə açmışam. Haqqımda xoş olmayan sözlər deyə bilərlər. Amma mən "Qarabağ"ı çox sevdim".
 
Bir müddət öncə "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun onunla bağlı səsləndirdiyi fikirlərə də toxunan 27 yaşlı futbolçu "Qarabağ"da qalmaq istədiyini söyləyib: "Əgər o düşünürsə ki, əsl həqiqət bundan ibarətdir, çox gözəl. Amma bayaq da dediyim ki, klubda işləyən bəzi insanlar "Qarabağ"da qalmaq istədiyimi bilirdilər".
 
“Qurban Qurbanov mətbuata açıqlamasında deyib ki, Ndlovunun ürəyi “Qarabağ”da deyildi və təklif gələn kimi komandadan getmək istədiyini bildirdi. Bu fikrə münasibətiniz necədir” sualına cavabında afrikalı futbolçu səslənən fikirlərin gülməli olduğunu söyləsə də, ona pis təsir etdiyini də gizlətməyib: 
 
"Açığı, belə şeyləri eşidəndə gülməyim gəlir. Amma digər tərəfdən də haqqımda bu cür ifadələr işlədilməsi məni kədərləndirir. Onlar başa düşməlidirlər ki, mən "Qarabağ"ı sevirdim".
 
Qeyd edək ki, "Qarabağ" Ndlovunu qış transfer pəncərəsində 750 min avroya "Xançjou Qrintaun" klubuna satıb.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30