19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Joze Alesio: "Bizə 10 oyunçu və 2 qapıçı lazımdır"

“Məşqlərə bu gün başlamışıq. İlkin heyətimiz də məlumdur. Düzdür, yekunda bizə 10 oyunçu və 2 qapıçı lazımdır. Amma heyətə 18 futzalçı dəvət etmişik. İndiki məqamda toplanış həm də seleksiya xarakteri daşıyır. Vaxtımız çox azdır. Bir qədər əvvəldən toplanışa başlamaq istərdik, amma bayramlar buna imkan vermədi. Çalışacağıq qarşıdakı günlərdən maksimum istifadə edək”.
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio da Silva deyib.
 
Braziliyalı mütəxəssis Bakıda keçiriləcək Türk Universiadasına hazırlıq planı ilə bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi səhifəsinə açıqlama verib: "Rəqiblərimiz məlumdur. Türkiyə və Qırğızıstanı deyə bilmərəm, amma Qazaxıstanı yaxşı tanıyırsınız və potensialına bələdsiniz".
 
Mütəxəssis rəqibləri də dəyərləndirib: “ Çox çətin olacaq. Türkiyə və Qırğızıstan haqda məlumat toplayacağıq. Ancaq Qazaxıstanla matçın çox çətin keçəcəyi danılmazdır. Çünki onlar gənc futzalçılarınn yetişdirilməsi işinə çoxdan başlayıblar. 17-18 yaşlı oyunçular artıq “Kayrat”, “Ayat”, “Aktobe”, “Jetısu” kimi komandaların üzvləridir. Yəni qazaxlar işə əvvəldən başlayıblar və əllərinin altında müəyyən qədər hazır gənc futzalçılar var. Qazaxıstanda 2-3 ildi gənclər komandaları yaradılıb. Bura 17-21 yaşlı futzalçılar cəlb edilib. Bu da məşqçi üçün geniş seçim imkanı yaradır”.
 
Alesio toplanışa çağırdığı heyət barədə də fikirlərini bildirib:“Komanda ilə bağlı müəyyən planlarım, düşüncəm var. Bu yarışa ciddi hazırlaşacağıq. Çünki komandanın məqsədi maksimum nəticə əldə etməkdir. Yenə deyirəm, çətin olacaq, ancaq mümkünsüz iş yoxdu. Məşqlərdə müəyyən tapşırıqlar üzərində işləyəcəyik. Düzdü, hazırlıq keçdiyimiz müddətdə çempionat oyunları da keçiriləcək. Ancaq bunun işimizə mane olmayacağına inanıram”.
 
Joze Alesion da Silva Birinci Liqada çıxış edən 17 yaşadək futzalçılardan ibarət Azərbaycan millisini nəzarətdə saxladığını qeyd etməklə yanaşı, bu yarışa o komandadan oyunçu dəvət etməməsinin səbəbini də açıqlayıb: “O komandada perspektivli uşaqlar var. Ancaq onların əksəriyyəti əvvəllər futbol oynayıblar. İndi-indi futzal oynamaq istəyirlər. Futbolla futzal isə fərqli idman oyunudur. Meydançadan tutmuş topa, oyun fəlsəfəsinə qədər bir-birindən fərqlənir. Ona görə də gənclər üzərlərində çox işləməlidirlər. Bu komandanın oyunlarını mümkün qədər izləyirəm, ehtiyac duyulduqda məsləhətlər verirəm. Hər dəfə də deyirəm ki, çalışın özünüzü inkişaf etdirəsiniz. Bunun üçün də çoxlu məşqlər etmək, məşqçilərin dediklərini qavramaq və onu tətbiq etməyə çalışmaq vacibdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30