29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Futzal üzrə Azərbaycan çempionu sona 6 tur qalmış müəyyənləşib

 Futzal üzrə Azərbaycan çempionu müəyyənləşib.
 
Futbolxeber.az-in xəbər verir ki, XXII tur matçında EKOL-u 5:2 hesabı ilə məğlub edən “Araz” qızıl medalları erkən təmin edib. Bu qələbə sayəsində xalını 55-ə çatdıran Naxçıvan təmsilçisi ən yaxın izləyicisi 37 xala malik “Marafon Futsal” üçün əlçatmaz olub.
 
Düzdür, mövsümün başa çatmasına 6 tur qalmış “Marafon Futsal”ın nəzəri cəhətdən “Araz”la xallarını bərabərləşdirmək imkanı var. Lakin Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv şəxsi oyunlarda üstün olduğu üçün liderliyini əldən verə bilməz.
 
Qeyd edək ki, bu, ölkənin ən titullu komandası olan “Araz”ın 13-cü çempionluğudur. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31