19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Neftçi”dən daha bir transfer

2018/19 mövsümünə transfer hazırlıqlarına başlayan "Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçi Soni Mustivar ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Fransada dünyaya gələn Mustivar bu ölkənin 20 yaşadək futbolçulardan ibarət yığmasında, "Bastiya” və "Orlean” klublarında çıxış edib. Rumıniyanın "Petrolul” və ABŞ-ın "Sportinq Kanzas Siti” klublarında legioner həyatı yaşamış  futbolçu Haiti milli komandasının şərəfini qoruyur. O, "Petrolul”la Rumıniya kubokunun, "Sportinq Kanzas Siti” ilə isə ABŞ açıq kubokunun qalibi olub.

Qeyd edək ki, Mustivar Liqa 1-də çıxış edən "Petrolul"un heyətində 94, MLS təmsilçisi olan sonuncu klubu "Sportinq Kanzas Siti"də isə 76 oyun keçirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30