28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev: “Qurban Qurbanovun işi 4-5 oyundan sonra ortaya çıxacaq”

“Belarusla oyunu izlədim. Millinin çıxışı haqda indidən konkret bir fikir söyləmək çox çətindir. Çünki hələ başlanğıc mərhələsidir. Qarşıda uzun bir yol var”.
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Qol.az-a açıqlamasında “Kəpəz”in sabiq baş məşqçisi Şahin Diniyev deyib. 
 
Millimizin Belarusla yoldaşlıq oyununu dəyərləndirən mütəxəssis komandamızın pis təsir bağışlamadığını bildirib: “Belarus Lixteynşteyn, Farer Adaları kimi sıradan komanda deyil. Millimiz belə bir yığmaya qarşı hücumda oynadı və pis təsir bağışlmadı. Topa nəzarət də futbolçularımızın əlində idi. Hiss olunur ki, Qurban Qurbanov beynində olan sistemi yeritməyə çalışır. Baş məşqçinin əl işi 4-5 oyundan sonra ortaya çıxacaq. Klublarında oynayan futbolçuları milliyə çağırıb. Məncə, normal yanaşmadır”.
 
Millimizin sabiq çalışdırıcısı Belarusa 0:1 hesablı məğlubiyyətdən sonra Qurbanovun tənqid olunmasına da münasibət bildirib: “Məşqçinin kimliyindən asılı olmayaraq, hazırda tənqid etməyə heç bir əsas yoxdur. Şəxsən mən normal milli komandada müsbət şeylər görürəm. Ən əsası, başlanğıc düzgündür”.
 
Təcrübəli mütəxəsis millimizin sabah Makedoniya ilə keçirəcəyi yoldaşlıq oyununa da toxunub: “Düşünürəm ki, təxminən Belarusa qarşı sərgilənən oyunu görəcəyik. Milliyə 25-26 futbolçu dəvət olunub. Məncə, baş məşqçi 2 oyundan sonra heyəti formalaşadırmağa başlayacaq. Komanda 50-60 faiz hazır olcaq. Ondan sonra isə öz sistemini yeridəcək. Qurban Qurbanov hazırda nəticədən çox komandanı formalaşdırmağa çalışır. Bünövrəsi möhkəm olan milli hazırlayır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31