19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Samir Abasov: "Bu dəfə də onu bağışlamağımızı istədilər"

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov  "Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bu oyundan razı qaldınızmı? Yoldaşlıq oyunu olsa da, bəzi futbolçuları sınaqdan keçirmək şansınız oldu...

- Futbolçuları sınadıq. Çoxdan oynamayan və oyun praktikasından əziyyət çəkən futbolçuları oynatmaq istəyirdik. Onların durumun görmək istəyirdik. Bəzilərinin vəziyyəti ürəkaçan deyil. Qarşıdakı çətin oyunları fikirləşirəm. Çox əziyyət çəkəcəyik. Futbolçular zədələnməsin, qırmızı vərəqə almasın. Əsas istəyimiz budur. Bəzi futbolçuların bu oyundakı çıxışı məni qane etmədi.

- Sizi narahat edən məqamlar nədir?

- Komandanın oyunu məni narahat edir. Əvəzedicidən cəlb olunanları başa düşmək olar. Onlar birinci dəfə belə rəqibə qarşı oynadılar. Amma əsas komandanın bəzi üzvləri zədədən qayıdıb. Çoxdandır oynamırlar. Uyğunlaşma dövrünü keçiblər. Çox müddətdir ki, komanda ilə birlikdə çalışırlar. Onarın oyunu kollektivin oyunundan arxa planda qaldı.

- Bu gün heyətdə Xəyal Nəcəfovu da gördük. O futbolçu ilə bağlı açıqlama vermişdiniz. Onun durumu necə olacaq?

- Müəyyən məsələlər var. Bunu indi açıqlamaq istəmirəm. Komandada olan təcrübəli futbolçular, kapitan və digər üzvlər Xəyal üçün xahiş etdilər. Komandaya qayıtmağını istədilər. O barədə açıqlama versəm, futbolçunu pis vəziyyətdə qoya bilərəm. Bəzi məsələlər var ki, məni də yumşaltdı.

- Bu məsələyə bir az aydınlıq gətirə bilərsiniz?

- Bu, qlobal problemdir. Əsas odur ki, bütün komanda kollektiv şəkildə gəldi, xahiş elədi. Bu dəfə də onu bağışlamağımızı istədilər. Məndən yaşda böyük olan futbolçuların sözün yerə salmaq istəmədim. Amma onlara bildirdim ki, Xəyalın özünü aparmağında və nizam-intizamında kollektivdən geridə qalsa, onu xahiş eləmiş futbolçular da Xəyala qoşulub gedəcəklər. Bu ona son xəbardarlığımdır. Yəqin, bunu o da başa düşür.

- Millinin oyununda "Sumqayıt”ın futbolçuları necə çıxış etdi?

- "Sumqayıt”ın yetirmələri ən yaxşılardandır. Tural Axundov və Cavid İmamverdiyevin oyunu xoşuma gəldi.

- Amilin fasilədə əvəzlənməsi sizdə ruh düşkünlüyü yaratmadı? Çünki Amilin millidə oynamasını çox adam istəyirdi.

- Məndə ruh düşkünlüyü yoxdur. Sadəcə Amilin o səviyyədə birinci oyunu idi. Bu da başa düşüləndir. O həddindən artıq çox çalışırdı. Cavid İmamverdiyev üçün belə oyunlar adi hal olduğuna görə, o da yaxşı oynadı. Tural isə bizi yaxşı mənada təəccübləndirdi (sportnet.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30