18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Heç kimə deməmişəm ki, topu arxaya aparın”

"İstəməzdik uduzaq.  Amma məğlubiyyətlə nə qədər tez tanış olsaq, səhvlərimizi bir o qədər tez görərik. Ümumilikdə, oyundan razı qaldım. Xeyli sayda qol imkanlarımız oldu. Bəzi futbolçularda həyəcan hiss olunurdu. Bütün futbolçulardan razı qaldım. Qarşıdakı oyunlar daha ağır olacaq. Azarkeşlərimizə xüsusi təşəkkür etmək istəyirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Belarusa 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Narazı qaldığınız məqamlar oldumu?

- Nəticədən narazı qaldım. Birə-bir mübarizələrdə narazılığım yarandı. Yaxşı mübarizə aparmadıq. Məncə bu hala diqqət ayırmalıyıq.

- Bizim yığmamız nə vaxt hücum futbolu nümayiş etdirəcək?

- Bizim müdafiə futbolu oynamaq fikrimiz yoxdur. Mən heç kimə deməmişəm ki, topu arxaya aparın. Bəzən futbolçuların da öz fikirləri olur. Düşünmürəm ki, müdafiə futbolu oynamışıq. Qol vəziyyətlərimizə baxsanız görərdiniz ki, necə hücuma fikir verirdik.

- U-21 millimizin Kosovo yığmasına məğlubiyyətinə necə şərh verərdiniz?

- Açığı, oyundan razı qaldım. Bəlkə kənardan başqa cür görünə bilər. Ancaq məşqçi gözü ilə baxanda gördüm ki, futbolçular məşqçilərinin dediklərini yerinə yetirdilər. Hava şəraiti də əlverişli deyildi. Meydanda 90 dəqiqə nizamlı oynayan yığmamız var idi. İnşallah, tələb edəcəyik ki, özlərini daha yaxşı göstərsinlər.

- Milli komandamızda Rəşad Sadıqova layiqli əvəzedici axtarırsınızmı?

- Rəşad Sadıqov hələ də futbol oynayır. Təbii ki, hər məşqçi istəyər ki, Rəşad kimi futbolçusu olsun. Desəm ki, Rəşad Sadıqovun əvəzləyicisini axtarıram, düzgün çıxmaz. Sabah lazım olsa, Rəşadı milliyə geri qaytaracağıq.

- Rəşad Sadıqovun çox yüklənməsi uğursuzluğa səbəb ola bilər. Bu barədə nə deyə bilərsiniz?

- Asanlıqla lider olunmur. O, öz işinə çox diqqət ayırırsa, liderliyə yüksəlir. Biz bilsək ki, Rəşadın buna gücü çatmayacaq, ondan bunu tələb etməzdik. Uğursuzluqdan qorxsaq, bura gəlməzdik. Heç bir lider ancaq uğur barədə düşünmür. O, uğursuzluğu da göz önünə gətirir. İdmandır, uğur da olar, uğursuzluq da. Bilsəm ki, nədənsə qorxacam, futbola nifrət edəcəm, bu işlə məşğul olmaram. 4-5 il uğur qazanırıq, sonra uğursuzluqla üzləşriksə və etimadı itiririksə, işləməyə dəyməz.

- Birinci hissədə cərimə zərbəsi ev tapşırığı idi. Amma sonra bunu görmədik...

- İkinci də həmin mövqedə olmuşdu. Bunu təkrarlasaydıq, biləcəkdilər. Bəzi ev tapşırıqlarını etməyə çalışırıq. Amma hamısını bir oyunda göstərmək istəmirik. Məşqlərdə 3-4 ev tapşırığı üzərində çalışırıq ki, əsas turnirlərdə tətbiq edək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30