19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Novruz turniri”nə start verildi

“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən 12 yaşadək futbolçular arasında I Novruz turnirinə start verilib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Şamaxı Olimpiya Kompleksinin meydançalarında təşkil olunan yarışda 4 komanda dairəvi sistemlə mübarizə aparır.

Turnirdə “Qəbələ”, “Qəbələ UGİM”, “Sumqayıt İOEUGİM” və “Vətən”in U-12 komandaları qüvvələrini sınayır. Bu gün keçirilən ilk turun açılış matçında “Qəbələ” “Vətən”lə üz-üzə gəlib. Qarşılaşmanın taleyini “qırmızı-qaralar”ın vurduğu 1 qol həll edib - 1:0. “Qəbələ UGİM”lə Sumqayıt təmsilçisi arasında matçda tərəflər hərəyə 1 qol vurub və  1 xal qazanıb - 1:1.

Sabah iki turunun oyunları keçiriləcək turnirə yekun vurulacaq. II turda “Sumqayıt İOEUGİM”lə “Vətən”, “Qəbələ” ilə “Qəbələ UGİM” üz-üzə gələcək. Günün ikinci yarısında baş tutacaq son turda isə “Qəbələ UGİM” “Vətən”lə, “Qəbələ” “Sumqayıt İOEUGİM”lə  görüşəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30