19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Sabah bizi ağır oyun gözləyir"

Sabah Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoxlama görüşü keçirəcək milli komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Futbolxeber.az xəbər verir ki, təcrübəli mütəxəssis media mənsublarının qarşısına Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında çıxıb.
 
- İlk oyundu Bakıda. Hər bir futbolçumuz oyuna ciddi hazırlaşıb. Hər biri başa düşür ki, qarşıda bizi hansı oyunlar gözləyir. Hər bir futbolçuyla fərdi söhbətimiz də olub. Ancaq gələcəkdə də fikirlərimizi onlara çatdıracağıq. Düşünürəm ki, sabah bizi ağır oyun gözləyir.
 
-  Legionerlərin durumu nə yerdədi? Xüsusilə, Araz Abdullayevin.
 
-  Hər bir oyunçu yaxşı durumdadı. Arazın da start heyətində oynamaq ehtimalı yüksəkdi.
 
- VAR sisteminə münasibətiniz?
 
- İlk gündən bunun tərəfdarı olmuşam. Çünki ədalətli oyunun tərəfdarıyam. 
 
- Heyətə baxanda əsas oyunçulardan ikisinin – Şeydayevlə Mədətovun U-21-ə getdiyini görürük. Bunu Rəşad Sadıqov istədi, yoxsa Sizin təşəbbüsünüzdü?
 
- Bu futbolçuların potensialına bələdəm. Sabahkı görüşdə də onların heyətdə olması ehtimalı aşağı idi. Çünki hücumçu mövqeyində başqa futbolçuları sınamaq fikrindəyik.
 
- Millətlər Liqası və seçmə tsikldə mübarizə aparacaq yığma bu turnirlər arasında fərq qoyacaqmı?
 
- İlk öncə istədiyimiz komandanı formalaşdırmaq barədə düşünürük. Ümumiyyətlə, zəif komanda tanımıram. “Zəif” düşündüyümüz komandalar daha istəklidirlər və hər birinin Millətlər Liqasının qalibni olmaq şansı var. Biz hər bir oyunda futbolçularımızın maksimum köklənməsinə çalışmalıyıq. Şansımız hər iki turnirdə var. Bizim üçün futbolçuların məsuliyyətlərini dərk etməsi olduqca vacibdi.
 
- Olimpiya Stadionu azarkeşlərin dəstəyi üçün uyğun deyil. Olmazmı ki, oyunları Respublika stadionunda keçirəsiniz?
 
- Azarkeş amili çox önəmlidi. Əvvəllər mən də əleyhinə idim. Lakin gördük ki, azarkeşlər Çempionlar Liqasında yanımızda oldu. Bu stadion Avropa standartlarına uyğundu. Başqa sözlə, belə bir problem görmürəm.
 
-  Ayaz Quliyev Rusiyanın U-21 yığmasına dəvət alıb. Ancaq hər açıqlamasında bildirir ki, Qurban Qurbanov məni dəvət etsə, gələrəm...
 
- Bütün potensiallı futbolçular diqqət mərkəzimizdədi. Hansısa oyunçuya zərurət yaranacaqsa, onunla təmas quracağıq.
 
- Sizin gəlişinzdən sonra aşağı yaş qrupları üzrə yığmalara milliləşmiş futbolçuların sayının azalacağına ümid yarandı. Lakin bu, baş vermədi.
 
-  Bütün ölkələrdə milliləşdirilmiş futbolçulara rast gəlirik. İstər Fransası olsun, istər Almaniyası. Bəli, istəyimiz budu ki, azərbaycanlı futbolçularımız elə səviyyəyə çatsın ki, onların xidmətindən istifadə edə bilək. Biz hələ tam futbol ölkəsi sayılmırıq. Ölkəmizin yaşı azdı. Ancaq say baxımından milliləşən oyunçuların sayı azalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30