29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Kəpəz" yoxlama oyunu keçirəcək

Topaz Premyer Liqanın sonuncu turunda “Sumqayıt”la oyundan sonra 3 günlük evə buraxılan “Kəpəz”in üzvlərinin istirahəti başa çatıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün fitnes zalında bir araya gəlib. Sabah isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda saat 11:00-da məşqə çıxacaqlar.

Hazırlıq planına əsasən, Novruz bayramı ilə əlaqədar komandanın üzvlərinə martın 20-si və 21-i tarixlərində 2 günlük istirahət veriləcək. “Kəpəz” martın 22-də məşqləri bərpa edəcək.

Milli komandanın təlim-məşq toplanışı və yoxlama oyunları səbəbindən çempionatda yaranmış fasilə müddətində “sarı-göylər”in yoxlama görüşü keçirməsi də nəzərdə tutulub.

 

 

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31