20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qriqorçukun "Astana"nı qəbul etmək şansı çoxdur"

"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun Qazaxıstanın "Astana" klubunun "sükanı arxası"na keçəcəyi ilə bağlı məsələ gündəmdən düşmür. Futbolxeber.az xəbər verir ki, bu ölkənin tanınmış Sports.kz saytı Qazaxıstan Premyer Liqasında çıxış edən bir sıra futbolçuların meneceri olan Sergey Novikovdan bununla bağlı fikir öyrənib.
 
Məlum olduğu kimi, "Astana"nın bolqar çalışdırıcısı Stanimir Stoilov Qazaxıstan milli komandasının yeni baş məşqçisi təyin olunub. Artıq xeyli vaxtdır müzakirə gedir ki, yayda bu kluba yeni çalışdırıcı gələcək və əsas namizəd kimi məhz Qriqorçukun adı çəkilir. Elə Novikov da bu təyinatın tərəfdarıdır: "Şəxsi fikrim belədir ki, yayda "Astana"da dəyişikliklər olmamalıdır. Çünki Stoilovun məşqçilər korpusundakı insanlar gəliblər. Onlar təməli qoyanlardı. Nəticədə bu komanda həm daxili, həm də beynəlxalq arenada möhtəşəm çıxış edir. Ona görə də hesab edirəm ki, məşqçilər korpusu sonadək işləməlidir və onlarla "Astana"da hər şey alınacaq. Ancaq birdən nəsə baş versə, şəxsi fikrim budur ki, "Astana" və Qazaxıstan üçün ən yaxşı variant məhz cənab Qriqorçukdur. Fikrimcə, o, hardasa Stoilova bənzəyir - intizamı, oyun sistemi ilə. Qriqorçuk sərt, maraqlı mütəxəssisdir, çox ağıllıdır. "Çernomorets"lə uğurlar qazanıb, Azərbaycanda əla işləyir. Buna görə də onun "Astana"nı qəbul etmək şansı çoxdur".
 
Xatırladaq ki, Qriqorçuk "Çernomorets"i 1, Qəbələ"ni 2 dəfə Avropa Liqasının qrupuna çıxarıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30