29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”dən 8 cavabsız top

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar keçirilib. Futbolxeber.az xəbər verir ki, Gənclər Liqasında “Keşlə”ni qəbul edən “Qəbələ” 2:1 hesablı qələbə qazanıb. 18 matçda 48 xal toplayan “qırmızı-qaralar” turnir cədvəlinin lideridi. 
 
"Qəbələ"nin U-17 komandası isə səfərdə “Keşlə”ylə qolsuz heç-heçə edib. 24 görüşdə 61 xal yığan komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. 
 
U-16 öz meydanında “Səbail” üzərində böyükhesablı qələbə əldə edib - 3:0. "Qırmızı-qaralar" 21 matçdan sonra 52 xalla çempionatın turnir cədvəlinə başçılıq edir. 
 
“İsgəndər Cavadov BFA” ilə qarşılaşan "Qəbələ"nin U-15 komandası isə evdə 8 cavabsız qol vurub. 20 görüşdə 52 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridi.
 
Paytaxt regionunda çıxış edən "Qəbələ"nin U-14 komandası “Neftçi” PFK ilə matçda 3 xal qazanıb - 3:1. 17 oyunda 47 xal toplayan komanda bütün rəqiblərini qabaqlayır. 
 
“Vətən” RİOEUFGM-a 2:3 hesabı ilə uduzan U-13 üçüncü pilləyə enib. 17 görüşdə 41 xal yığan komanda liderdən üç xal geri qalır. 
 
U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” UGİM “Rabitəçi”yə (Yevlax) 6, UGİM isə Yevlaxın UGİM-inə 11 cavabsız qolla qalib gəlib. 16 matçdan sonra “Qəbələ” 43 xalla 1-ci, UGİM 40 xalla 2-cidi. 
 
U-11 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” İsmayıllı UGİM-ini 12:0, UGİM isə Yevlax UGİM “Rabitəçi”sini 8:2 hesabı ilə yenib. 16 turdan sonra “Qəbələ” 48 xalla 1-ci, UGİM 33 xalla 2-cidi. 
 
U-10 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında “Qəbələ” Gİİ üzərində qələbə qazanıb - 6:0. UGİM isə Yevlaxın UGİM “Rabitəçi”sindən güclü olub- 4:1. 15 turdan sonra “Qəbələ” 45 xalla 1-ci, Gİİ 30 xalla 2-ci, UGİM 24 xalla 4-cüdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31