24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Sumqayıt”dan yeni rekord

“Sumqayıt” Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb. Futbolxeber.az xəbər verir ki, 20-ci turun “Kəpəz”lə ev oyununda 2:1 hesablı əzmkar qələbə qazanan Samir Abasovun yetirmələri sonuncu dəfə 12-ci turda məğlub olub. 
 
2017-ci il noyabrın 17-də “Qarabağ”la səfər matçında 0:2 hesabına üzülən “Gənclik şəhəri” təmsilçisi sonrakı 8 qarşılaşmada 5 qələbə qazanıb və 3 heç-heçə edib.
 
Bu, klub tarixində yeni rekorddu. Belə ki, 2011-ci ildən Azərbaycan çempionatlarının yüksək dəstəsində çıxış edən “Sumqayıt”ın ən uzun məğlubiyyətsiz seriyası 7-yə bərabər idi. 2016-cı ilin noyabrından 2017-ci ilin fevralınadək olan dövrdə komanda 4 qələbə qazanıb, 3 heç-heçə etmişdi. Ötən turda bir il əvvəlki rekordu təkrarlayan Abasovun yetirmələri “Kəpəz”lə qarşılaşmada bu göstəricini yeniləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30