29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimizin heyəti açıqlandı

Azərbaycan milli komandasının heyəti açıqlanıb.
 
Futbolxeber.az saytının məlumatına görə,15-24 mart tarixlərində Bakıda, martın 25-dən 28-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq, martın 23-də Bakı Olimpiya Stadionunda Belarus, martın 27-də isə Antalyadakı “Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək millimizin sərəncamında 24 futbolçu olacaq.
 
Baş məşqçi Qurban Qurbanov ilk oyunuyla müqayisədə heyətdə xeyli dəyişiklik edib. Belə ki, Səlahət Ağayev, Namiq Ələsgərov, Ürfan Abbasov, Araz Abdullayev, Amil Yunanov uzun fasilədən sonra millidə yenidən forma geyinmək şansı əldə ediblər. Tural Axundov, Rəşad Eyyubov, Rahil Məmmədov, Şəhriyar Rəhimov isə ilk dəfə əsas yığmadan dəvət alıblar. Əvəzində "Qarabağ"dan bir sıra futbolçular, o cümlədən millinin kapitanı, klubunda hetiyatda qalan Rəhid Əmiqruliyev, habelə Mahir Mədətovla Ramil Şeydayev kənarda olub. Bu hücumçuların U-21 yığmamızın bu ayın sonunda keçirəcəyi rəsmi oyunlara çağırılması nəzərdə tutulub. 
 
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev  (hər ikisi “Neftçi”)
 
Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”), Tural Axundov (“Sumqayıt”), Rahil Məmmədov (“Səbail”), Şəhriyar Rəhimov (“Kəpəz”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna)
 
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namik Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Asif Məmmədov (“Qəbələ”), Cavid İmamverdiyev, Rəşad Eyyubov (hər ikisi “Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Kipr), Dimitri Nazarov (“Aue”, Almaniya)
 
Hücumçular: Amil Yunanov (“Sumqayıt”), Ruslan Qurbanov (“Qəbələ”)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31