20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ruslan Qurbanov: "Hakimlər çörəyimizi əlimizdən aldılar"

“Qəbələ”nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının XX turunda “Keşlə” ilə 1:1 nəticələnən səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı müsahibəni təqdim edir.
 
- Yaxşı və maraqlı matç alındı. Qələbə qazanmağa layiq olduğumuzu deyə bilərik. İkinci qolu vurduq, ancaq hakim oyundankənar vəziyyət iddiası ilə bunu qeydə almadı. Deyə bilərəm ki, orada yüz faiz ofsayd yox idi, təmiz qol vurmuşdum. Hamının səhvi olur.
 
- Bəs penalti vəziyyəti ilə bağlı nə deyə bilərsən?
 
- Dəqiq bir şey deyə bilmərəm. Çünki oyun vaxtı epizodu görməmişdim. Amma paltardəyişmə otağında təkrara baxdım. Deyə bilərəm ki, orda da hakim səhv qərar verdi. Penalti yox idisə, onda baş hakim Filip Ozobiçə də simulyasiyaya görə sarı vərəqə göstərməliydi. Hakim isə nə bunu etdi, nə də penalti verdi. Belə şey isə heç yerdə olmur. 1:1 hesabına görə əhvalımız korlandı, ona görə ki yenə xal itirdik. Qarşıda fasilə var, aprelədək çempionatda oyun olmayacaq. Bu vaxta kimi səhvlərimizi təhlil edib, psixoloji vəziyyəti düzəltməliyik.
 
- Bir penaltiniz verilmədi, bir də qolunuz hesaba alınmadı. Demək olarmı ki, hakim sizə qarşı qərəzli idi?
 
- Bunu deyə bilmərəm. Hər insan səhv edə bilər. Amma belə aşkar səhvlər yolverilməzdir. Hakimləri ittiham etmək istəmirəm. Onların sədri var, qoy, o, özü qərar versin. Sadəcə, onlar qələbəmizi, 3 xalımızı, hətta deyərdim çörəyimizi əlimizdən aldılar. Buna görə pis oluram. Xeyli vaxtdı qol vura bilmirdim. Bu oyunda fərqləndim və çox sevindim. Yan xətt hakimi bayrağı qaldıranda ona tərəf qaçmaq istədim. Amcaq bunu etmədim. Çünki bu mövsümdə hesabımda üç sarı vərəqəm var, dördüncünü almamaq üçün ayaq saxladım, vəziyyəti sakit qarşıladım. İstərdim ki, növbəti dəfə daha diqqətli olsunlar. 
 
- Son 4 oyunun 3-də xal itirmisiz. Nə baş verir?
 
- Bu vəziyyət bizi də narahat edir. Məsuliyyəti başa düşürəm. Təbii ki, hər oyunda qələbə qazanmaq istəyirik. Amma bu, həmişə alınmır. Artıq bütün komandalar yaxşı oynamağı bacarır.
 
- Əvvəl bu fikirlə barışmırdınız ki, çempionluq əldən gedib. Amma indi bunu qəbul edirsiniz?
 
- Çempionluq barədə hətta danışmaq da istəmirəm. Hamı bilir ki, “Qarabağ” hazırda Azərbaycanın ən güclü komandasıdı. Xal itirməkdə bəlkə də özümüz günahkarıq. “Qarabağ” bu qədər xal itirəcəyinə inanmıram. Əsas hədəfimiz hər oyuna qələbə üçün çıxmaqdı. Hər şey isə sonda bilinəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30