29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Rəvan” Sloveniyada son məşqinə çıxıb

"Rəvan” 2013/14 mövsümünə hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, Sloveniyanın Maribor şəhərində çalışmalarına ara verməyən komanda bu gün axşam məşqi ilə Avropanın bu ölkəsindəki hazırlığını başa vurdu. Baş məşqçi Ramil Əliyev yol üstdə olan futbolçuları çox da yormadı. Ənənəvi isinmə hərəkətlərindən sonra yetirmələrini müxtəlif tipli toplu çalışmalarla yükləyən gənc mütəxəssis hazırlığın sonunda futbolçuları başına toplayıb səmimi söhbət etdi.

Qeyd edək ki, sabah sübh tezdən Maribordan ayrılacaq "Rəvan" Vyana - Bakı təyyarə reysi ilə vətənə dönəcək. Axşamüstü Bakıda olacaq "Rəvan”da futbolçular baş məşqçinin qərarı ilə 2 gün dincələcək. Çalışmalara yeni həftənin əvvəlindən start veriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31